Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:05

Ermənistanda 90-dan çox etirazçı saxlanıb (Video)


Polis avtoyürüşçünü maşından çıxarır
Polis avtoyürüşçünü maşından çıxarır

Müxalifət gün ərzində daha hansı aksiyaların keçiriləcəyi barədə məlumat verməyib

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət mayın 16-da etiraz aksiyasına avtoyürüşlə başlayıb.

Paytaxt Yerevana bir neçə istiqamətdən daxil olan yürüşçülər mərkəzə doğru hərəkət ediblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, yürüşçülər yavaş sürətlə hərəkət edir, küçələrdə nəqliyyatın hərəkətini dayandırmaq istəyirdilər.

Bunun ardınca polis avtoyürüşü dayandırıb və onlarca etirazçı saxlanıb.

Azatutyun yazır ki, polis etirazçıların saxlanmasının səbəbini onlara izah etmirdi.

Cərimə meydançası

Mayın 16-da ümumilikdə 90-dan çox vətəndaş saxlanıb. Bu da xəbər verilir ki, polis avtoyürüş sürücülərini maşınlardan dartıb çıxarırdı.

Sürücüsüz qalan avtomobilləri isə yedəklə cərimə meydanına aparırdılar.

Daha sonra polis bildirib ki, avtoyürüşçülər yalnız küçə hərəkətini dayandırmırdılar, onlar ümumən başqa nəqliyyat vasitələrinə təhlükə yaradırdılar.

Müxalifət gün ərzində daha hansı aksiyaların keçiriləcəyi barədə məlumat verməyib.

Bununla belə etirazçılar sabah, mayın 17-də daha böyük aksiya keçirəcəklərini elan ediblər.

Yerevan məzarlığında ağlayan analar: 'Nə mitinq? Yenə uşaqların qırılmasını istəyirlər?'
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Qarabağ məsələsi

Mayın 15-də müxalifət hərəkatının liderlərindən biri, Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan deyib ki, mayın 16-da Frransa meydanında heç bir mitinq planlaşdırılmayıb.

Ermənistanda parlament müxalifəti aprelin sonlarından bəri aramsız etiraz aksiyaları keçirir.

Müxalifətin mayın 1-də keçirilən mitinqində vətəndaş itaətsizliyi elan edilib.

Azatutyun yazır ki, müxalifət etiraz aksiyalarına baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında “beynəlxalq icma bizim Qarabağ ambisiyamızın bir az aşağı salınmasını istəyir” deyəndən sonra başlayıb.

Ermənistan müxalifəti Paşinyanı Qarabağı Azərbaycana “təhvil verməkdə” ittiham edir.

Hakimiyyət müxalifətin bu ittihamını rədd edir və bildirir ki, Dağlıq Qarabağ ermənilərinin hüquq və azadlıqlarını müdafiə etmək əzmindədir.

İqtidar bunu da bildirir ki, müxalifət geniş xalq kütləsinin istəklərini təmsil etmir.

XS
SM
MD
LG