Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:37

Zelenski Davosda çıxış edib


Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna prezidenti qeyd edib ki, dünya Rusiyanın hərəkətləri fonunda dönüş nöqtəsinə çatıb

Ukrayna Prezidenti Volodimir Zelenski dünyanı Rusiyaya qarşı cəzalandırıcı sanksiyaları sərtləşdirməyə çağırıb. Onun sözlərinə görə, bununla da başqa ölkələrə xəbərdarlıq olunar ki, öz məqsədləri üçün təcavüzə əl atsalar, ağır nəticələrlə üzləşərlər.

Zelenski İsveçrənin Davos kurort şəhərində keçirilən Dünya İqtisadi Forumunun ilk günü çıxış edib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı səbəbsiz hərəkətlərinə oxşar təcavüzü önləmək üçün “reaksiya xarakterli deyil, qabaqlayıcı tədbirlər” görülməlidir.

Reaksiya tipli deyil, qabaqlayıcı tədbirlər

“Sizə və ölkələrinizə Ukraynaya dəstək məsələsində birləşməyinizə və ölkəmizə qarşı müharibəyə görə Rusiyanı cəzalandırmaq cəhdlərinizə görə minnətdaram. Ancaq deməliyəm ki, bunu yalnız indi edirlər, biz isə 2014-cü ildən Rusiyanın tammiqyaslı təcavüzündən danışırıq. Dünya reaksiya tipli deyil, qabaqlayıcı tədbirlər görsəydi, müharibənin qarşısını almaq olardı”, – Zelenski deyib.

Ukrayna prezidenti qeyd edib ki, dünya Rusiyanın hərəkətləri fonunda dönüş nöqtəsinə çatıb, qətiyyətlə hərəkət edə bilməsə, bu, beynəlxalq şirkətlərin “Rusiyanın törətdiyi hərbi cinayətlərin bir parçasına çevrilməsi” anlamına gələr.

O, Rusiya və digər potensial aqressorların görk alması üçün maksimum sanksiya tətbiqinə çağırıb.

Daha çox silah

Zelenski ölkəsinin daha çox silaha ehtiyacı olduğunu vurğulayıb. O eyni zamanda müharibəni dayandırmaq və oxşar təcavüzkar niyyətləri olan ölkələrə mesaj göndərmək üçün diplomatik addımların da gərəkdiyini qeyd edib. Bu addımlar sırasında bütün xarici şirkətləri Rusiya bazarından çıxarmağı, Rusiya neftinə embarqonu, Rusiyanın bütün banklarını bloklamağı, Rusiya ilə ticarəti kəsməyi sadalaylb.

“Fevralda müharibənin ta əvvəlində bizə gərəkən silahları 100 faiz əldə etsəydik, onminlərlə həyat xilas olunardı. Ona görə də Ukraynaya xahiş etdiyimiz silahların hamısı lazımdır, təkcə təchiz olunduqlarımız deyil”, – Zelenski sözlərinə əlavə edib.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG