Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Putin sanksiyalardan Avrasiya İttifaqı vasitəsilə yayınmaq istəyir?


Avrasiya İqtisadi Şurasının videoformatda keçirilən iclası
Avrasiya İqtisadi Şurasının videoformatda keçirilən iclası

Vladimir Putin mayın 26-da Ali Avrasiya İqtisadi Şurasının iclasını keçirib

Rusiya prezidenti Vladimir Putin mayın 26-da Ali Avrasiya İqtisadi Şurasının iclasında deyib ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan beş ölkə Rusiyanın təşəbbüsü ilə sanksiyaların təsirini minimallaşdırmağa yönəlmiş 30 antiböhran tədbirindən ibarət təxirəsalınmaz tədbirlər paketini qəbul edib.

Putin bildirib ki, bu tədbirlər sözü gedən ölkələrin iqtisadiyyatlarının sabitliyinə və vətəndaşlarına dəstək məqsədi güdür.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Putinin sözlərinə görə Avrasiya İqtisadi Şurasına üzv beş ölkə - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya indiyədək daxili ehtiyaclarını öz istehsalat gücü ilə tamamilə təmin ediblər.

Söhbət ilk növbədə ərzaq və kənd təsərrüfatı məhsullarından gedir.

Bu da qeyd olunmalıdır ki, Qərb sanksiyaları indiyədək yalnız Rusiya və Belarusa qarşı qəbul edilib.

Ötən ay Qazaxıstan rəsmiləri bildirmişdilər ki, Rusiyanın Qazaxıstan vasitəsilə sanksiyalardan yayınmasına yol verilməyəcək.

Lukaşenkanın və Paşinyanın çıxışları

Görünür buna görə də şuranın videoformatda keçirilən iclasında Qərb sanksiyaları məsələsini həm də Belarus prezidenti Alyaksandr Lukaşenka qaldırıb.

O Avrasiya İqtisadi İttifaqının üzvlərinə xəbərdarlıq edib ki, sanksiyaların təsirini hamı hiss edəcək, çünki “Belarus və Rusiya həmin ölkələrin ən böyük ticarət partnyorlarıdır”.

Lukaşenka deyib:

“Biz sadəcə olaraq birləşməyə və vahid cəbhədən çıxış etməyə borcluyuq. Bu aşkardır, bu hamıya lazımdır, çünki biz öz xalqlarımızın xeyri barədə düşünürüksə, bu, dövlətçiliyimizi, ittifaqımızı qoruyub saxlamağın yeganə yoludur”.

Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında “sanksiya” sözünü işlətməkdən yayınıb və bunu “dünya iqtisadiyyatının çətinlikləri” adlandırıb.

Paşinyan bu çətinliklərin son aylarda görünməmiş miqyas aldığını və dərinləşdiyini vurğulayıb.

Ermənistan baş naziri habelə İran və Avrasiya İqtisadi İttifaqı Şurası arasında tamformatlı azad ticarət sazişinin tezliklə imzalanmasına çağırıb.

XS
SM
MD
LG