Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:45

‘Azovstal’da həlak olan hərbçilərin meyitləri Kiyevə aparılıb


Azovstal, arxiv fotosu
Azovstal, arxiv fotosu

“Azov” batalyonunun mətbuat katibi Anna Qolovko agentliyə deyib ki, meyitlərin azı 52-si Azov döyüşçülərinindir

Mariupol şəhərindəki “Azovstal” zavodu ərazisində döyüşlərdə həlak olan hərbçilərin cəsədləri Kiyevə aparılıb. Bu haqda “Associated Press” yazır.

Ötən həftə Ukrayna və Rusiya bir-birinə 160 hərbçinin cəsədini təhvil veriblər. Dəyişmə prosesi Zaporojye vilayətində baş tutub. Kiyevdə qalıqların DNT analizi aparılacaq.

Azı 52 meyit...

“Azov” batalyonunun mətbuat katibi Anna Qolovko agentliyə deyib ki, meyitlərin azı 52-si Azov döyüşçülərinindir.

Batalyonun keçmiş komandiri Maksim Jorin də dəyişdirilən cəsədlər arasında “Azovstal”da həlak olanların meyitlərinin olduğunu təsdiqləyib.

Adının çəkilməsini istəməyən əsgər anası deyib ki, ona “Azov” batalyonundan zəng edərək Kiyevə gətirilənlər arasında oğlunun meyitinin ola biləcəyini deyiblər.

“Azovtsal”da həlak olanların sayı bəlli deyil. Bir gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, hazırda Rusiya əsirliyində “Azovstal”dan 2500-dən çox ukraynalı döyüşçü var.

Ukraynada döyüşən legionerlər
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

“Azov” döyüşçüləri

“Azov” və digər bölümlərin döyüşçüləri martın əvvəlindən Mariupol liman şəhərini müdafiə edirdilər. Sonradan onlar Azovstal zavoduna sığındılar, mayın 16-dan döyüşçülərin işğal altında olan Donbas ərazisinə çıxarmağa başladılar. Rusiya mayın 21-də Azovstal-ın tamamilə nəzarətə alındığını bildirib. O zaman zavod ərazisindəki 2439 döyüşçünün əsir düşdüyü bildirildi. Ukrayna zavoddan döyüşçülərin çıxarılması prosesini “evakuasiya” adlandırıb, onların dəyişdiriləcəyini vəd edib.

“Azov” 2014-cü ildə könüllü batalyon kimi yaradılıb, əsasən ifrat sağçı fəallardan ibarət olub. Sonradan Azov döyüşçülərinin çoxu neonasist olmadıqlarını bildiriblər, batalyon Ukrayna Silahlı qüvvələrinin tərkibinə daxil olub.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayıb, Qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG