Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:52

Avropa Parlamenti Gürcüstan, Ukrayna və Moldovaya namizədlik statusu verməyə çağırdı


Gürcüstan prezidenti Salome Zurabishvili, Moldova prezidenti Maia Sandu, Ukrayna prezidenti Volodymyr Zelenskiy və Avropa Birliyi Şurasının rəhbəri Charles Michel , Batumi Arxiv-foto
Gürcüstan prezidenti Salome Zurabishvili, Moldova prezidenti Maia Sandu, Ukrayna prezidenti Volodymyr Zelenskiy və Avropa Birliyi Şurasının rəhbəri Charles Michel , Batumi Arxiv-foto

Avropa Parlamentindəki siyasi qruplarının rəhbərləri Ukrayna, Moldova və Gürcüstanın ərizələri ilə bağlı qərar vermək üçün iki həftə sonra Brüsseldə görüşəcək üzv dövlətlərin rəhbərlərinə müraciət etməyə hazırlaşırlar.

Avropa Parlamenti Gürcüstan, Ukrayna və Moldovaya namizədlik statusu verməyə çağırıb.

Azadlıq Radiosunda olan məlumata görə, bu barədə Avropa Parlamentinin yaydığı bəyanatda bildirilir.

Amma Azadlıq Radiosunun gürcü xidməti yazır ki, bəyanatın mətnundə hələ ki, dəyişiklik edilə bilər.

Amma əsas məsələlər, o cümlədən namizədlik statusu ilə bağlı tələblərin dəyişməz qalacağı bildirilir.

Avropa Parlamentindəki siyasi qruplarının rəhbərləri Ukrayna, Moldova və Gürcüstanın ərizələri ilə bağlı qərar vermək üçün iki həftə sonra Brüsseldə görüşəcək üzv dövlətlərin rəhbərlərinə müraciət etməyə hazırlaşırlar.

“Beynəlxalq vəziyyətin pisləşməsi qarşısında cəsarət, şücaət və uzaqgörənlik nümayiş etdirməliyik. Geosiyasi dəyişikliklər bizdən hərəkətə keçməyi tələb edir. Bununla biz öz prinsiplərimiz və dəyərlərimizə sadiqliyimizi nümayiş etdiririk.

Vətənləri amansız hücumlara məruz qalan ukraynalılar, eləcə də parlaq gələcəyə doğru gedən moldovalılar və gürcülər Avropa ailəsinə mənsub olduqlarına dair siqnal gözləyirlər.

Buna görə də, bu palata sizi, Aİ müqaviləsinin 49-cu maddəsi və onların nailiyyətlərinə uyğun olaraq Ukrayna, Moldova və Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verməyə çağırır”, - deyə bəyanatda bildirilir.

Xatırlatma

Qeyd edək ki, Azərbaycan da Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı (Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan, Ermənistan və Belarus) keçmiş sovet respublikasının Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı hələlik dəqiq bəlli deyil.

Şərq Tərəfdaşlığı şərçivəsində Belarusla əməkdaşlıq isə dayandırılıb.

Sözü gedən bəyannamənin 11-ci maddəsində Belarusun Şərq Tərəfdaşlığındakı iştirakını dayandırmasından təəssüf ifadə olunur və bildirilir ki, bu ölkədə demokratik keçid zəruri şəraiti yaratdıqdan sonra Minsklə əməkdaşlıq bərpa oluna bilər.

XS
SM
MD
LG