Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:49

ABŞ Ukraynaya uzaqmənzilli raketlər verə bilər - Qərb mediası


G7 Sammitində
G7 Sammitində

CNN və AP etibarlı mənbələrə istinadən xəbər verirlər ki, ABŞ elə bu həftə Ukrayna üçün orta və uzaqmənzilli yer-göy raketləri aldığını bəyan etməlidir

Böyük yeddilərin G7 qrupunun liderləri bəyan ediblər ki, Vladimir Putinə və onun Belarudakı müttəfiqinə təzyiqi artırmaq məqsədilə Moskva üzərindəki sanksiyaları zəruri olan müddətdə saxlayacaqlar.

Britaniya, Kanada, Almaniya, İtaliya, Yaponiya və ABŞ liderləri Almaniyada keçirilən sammitin ikinci günündə, iyunun 27-də açıqlanmış birgə bəyanatda bildirirlər ki, onlar sanksiyaların saxlanması və gücləndirilməsinə sadiqdirlər və bu məsələnin hər mərhələsində yekdil mövqedən çıış edəcəklər.

Britaniyanın baş naziri Boris Conson deyib ki, əsas məqsəd Putinin təzyiq altında saxlanmasıdır:

"Biz Putinin heç bir cəzasız başqa ölkənin suveren torpaqlarının böyük tikələrini qəsb etməsinə yol verə bilərikmi? Bunun nəticələri tamamilə dəhşətli ola bilər. Mən insanlara izah etmək istəyirəm ki, bəzən azadlıq üçün çox ağır bədəl ödəmək lazım gəlir”.

Bəyanatda deyilir ki, G7 liderləri Rusiyanı beynəlxalq bazarda tamamilə təkləmək və onun mövcud sanksiyalardan yayınmasının qarşısını almaq əzmindədirlər.

Rusiya hərbi sənayesinin boğulması üçün

Liderlər habelə Rusiya enerjisindən asılılığın azaldılmasının, Moskvanın xüsusilə hərbi sənaye üçün lazım olan texnologiyalardan məhrum edilməsinin mühümlüyünü vurğulayıblar.

Bundan başqa hərbi cinayətlər üçün məsuliyyət daşıyanların fərdi sanksiyalarla hədəflənməsi qərara alınıb.

Hazırda G7 qrupuna sədrlik edən Almaniya bildirib ki, yeddilər Ukrayna hökumətinə onun xərclərinin çəkilməsində dəstək verəcəklər.

İndiyədək Ukraynaya göstərilmiş büdcə yardımı 29.5 milyard dollar təşkil edib.

Bundan başqa G7 liderləri Ukraynanın müharibə nərticəsində məruz qaldığı dağıntıların aradan qaldırılmasına dəstək verəcəklərini deyiblər.

Bu arada CNN və AP etibarlı mənbələrə istinadən xəbər verirlər ki, ABŞ elə bu həftə Ukrayna üçün orta və uzaqmənzilli yer-göy raketləri aldığını bəyan etməlidir.

Ukrayna rəsmiləri bundan əvvəl NASAMS kimi tanınan raket hücumundan müdafiə sistemləri istəmişdilər.

Bu sistemin raketləri 160 kilometrədək məsafəni vura bilir.

XS
SM
MD
LG