Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

BMT və ABŞ Qaraqalpaqıstan ölümlərinin araşdırılmasına çağırıb


Qaraqalpaqıstanda etiraz aksiyası
Qaraqalpaqıstanda etiraz aksiyası

Özbəkistan hökuməti iyulun 4-də Qaraqalpaqıstan muxtar respublikasında baş verən etirazlar əsnasında 18 nəfərin öldüyünü bildirmişdi

BMT-nin insan haqları ali komissarı Mişel Başelet və Birləşmiş Ştatlar Özbəkistanın Qaraqalpaqıstan bölgəsində baş vermiş etirazlarda azı 18 nəfərin ölümünün müstəqil qaydada araşdırılmasına çağırıb.

Başelet iyulun 5-də deyib:

"Etirazlar zamanı qətllər də daxil ciddi zorakılıq olduqca narahatedicidir. Mən hakimiyyət orqanlarını son dərəcə təmkin göstərməyə çağırıram. Mən hakimiyyəti bu kontekstdə dövlət xəfiyyələrinin zorakılıqları da daxil, iddia olunan bütün cinayət əməllərinin dərhal, şəffaf və müstəqil təhqiqatına çağırıram”.

Birləşmiş Ştatların Dövlət Departamenti ayrıca bəyanatla narahatlıq ifadə edib və bütün tərəfləri gərginliyin dinc yolla aradan qaldırlmasına və zorakılıqdan çəkinməyə çağırıb:

“Biz hakimiyyəti zorakılıqla bağlı beynəlxalq normalar və qaydalara uyğun tam, düzgün və şəffaf təhqiqata çağırırıq”.

Özbəkistan hökuməti iyulun 4-də Qaraqalpaqıstan muxtar respublikasında baş verən etirazlar əsnasında 18 nəfərin öldüyünü bildirmişdi.

Nümayişçilər Daşkəndin Konstitusiya düzəlişlərinıə dair bəzi təkliflərinə etiraz edirdilər.

Konstitusiyanın yeni redaksiyasında Qaraqalpaqıstanın “suveren” respubklika olması və Özbəkistanın tərkibindən çıxmaq hüququna dair müddəalar ixtisar edilmişdi.

Fövqəladə vəziyyət də beynəlxalq qanunlara uyğun olmalıdır

İyulun 2-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev yeni Konstitusiyada Qaraqalpaqıstanın suverenliyi və dövlət dili barədə maddələrin saxlanacağını vəd etməyə məcbur olmuşdu.

O iyulun 6-da bildirib ki, bu hadisələrin araşdırılması üçün yaradılan komissiyaya ictimaiyyət nümayəndələri və fəallar da daxil ediləcək.

Xanım Başelet deyib ki, 500 nəfərin saxlanması və bir nəfərə qarşı ittiham irəli sürülməsi ciddi narahatlıq doğurur.

Keçmiş Çili prezidenti deyib ki, adamları qanuni hüquqlarını tələb etdiklərinə görə kriminallaşdırmaq olmaz:

"Özbəkistanın üzv olduğu Beynəlxaql Vətəndaş və Siaysi Hüquqlar Konvensiyasına görə hər bir kəsin ifadə, sərbəst toplaşmaq və ictimai işlərdə iştirak hüququ var”.

BMT insan haqları ali komissarı bildirib ki, saxlananların vəkillə təmin olunmasına şərait yaradılmalıdır.

Xanım Başelt deyib ki, Özbəkistan hakimiyyəti internetə qoyduğu məhdudiyyəti dərhal qaldırmalıdır.

O xatırladıb ki, fövqəladə vəziyyətdə tətbiq edilən məhdudiyyətlət də beynəlxalq qanunlara uyğun olmalıdır.

XS
SM
MD
LG