Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:08

Ukrayna Rusiyanın silah anbarına zərbə endirdiyini bildirir (Video)


Sözü gedən anbar və hərbi obyektlər Xerson, Zaporojye, Xarkov, Donetsk və Luqansk vilayətlərinin cəbhə xərttindən arxada 5-75 kilometr dərinlikdə vurulub

Ukrayna Silahlı Qüvvələri işğal olunmuş Xerson vilayətinin Novaya Kaxovka şəhərinə ağır raket zərbələri endirib.

Bu barədə məlumatı Xerson hərbi administarsiyası başçısının müşaviri Sergey Xlan verib.

Sosial media şəbəkələrində güclü partlayışı əks etdirən videolar yayılıb.

Ukrayna mediası Odessa adfministrasiyasının sözçüsü Sergey Bratçuka istinadən yazır ki, zərbə Rusiya qüvvələrinin silah-sursat anbarlarına endirilib.

Rusiyanın dövlət xəbər agentliyi TASS və RIA Novosti bildirirlər ki, şora (selitra) saxlanan anbarlar hücuma məruz qalıb, amma Kaxovskaya su elektrik stansiyasına ziyan dəyməyib.

Bununla belə yaxınlıqdakı bazara, xəstəxanaya və yaşayış evlərinə ziyan dəydiyi bildirilir.

Xerson vilkayətində rayon mərkəzi olan Novaya Kaxovka Rusiya qüvvələri tərəfindən müharibənin birinci günündə - 24 fevralda işğal edilib.

Bundan əvvəl açıq mənbələrdə burada şora anbarlarının olması barədə heç bir məlumat olmayıb.

Ukrayna 2 həftədə Rusiya ordusunun 14 silah anbarını məhv edib

Ukrayna hərbçiləri iyunun sonundan bəri iki həftə ərzində ölkədəki Rusiya işğal qüvvələrinin silah-sursat anbarlarına və digər obyektlərinə 10 dəqiq raket zərbəsi endiriblər.

Bu da xəbər verilir ki, sözü gedən hərbi obyektlər düşmənin arxa cəbhəsinin dərinliklərində vurulub.

BBC xəbər verir ki, jurnalistlər açıq mənbələrə əsasən ən azı 14 belə zərbənin endirilməsini qeydə alıblar.

Sözü gedən anbar və hərbi obyektlər Xerson, Zaporojye, Xarkov, Donetsk və Luqansk vilayətlərinin cəbhə xərttindən arxada 5-75 kilometr dərinlikdə vurulub.

Ekspertlər qeyd edirlər ki, Ukrayna qoşunları Rusiya qüvvələrinin komanda məntəqələrinə və silah anbarlarına bundan əvvəl də zərbələr endirirdi, amma bu, bir qayda olaraq ya cəbhə xəttində, ya da diversiya dəstələrinin vasitəsilə mümkün olurdu.

Cəbhə xəttindən uzaqda

İyunun sonundan cəbhə xəttindən uzaqda olan Snejnı, Şaxtyorsk, Perevalsk, Kadiyevkadakı obyektlərə zərbələr endirilib.

Bu ərazilər 2014-cü ildən bəri rusiyayönlü separatçıların nəzaətindədir.

İyulun 11-ə keçən gecə habelə separatçı Luhanskın ərazisinə zərbələr endirilib.

Xəbərdə vurğulanır ki, bu hadisələr barədə nə Ukrayna Silahlı Qüvvələrinin komandanlığı, nə də Rusiya Müdafiə Nazirliyi məlumat verməyiblər.

Buna baxmayaraq sosial şəbəkələrdə bu zərbə və partlayışlardan bəzilərinin görüntüləri yayılıb.

Qoşunların şəxsi heyəti arasında itkilər barədə də məlumat verilmir.

“Qərb silahları nəhayət ki işləyir”

Rusiya qoşunlarının arxasındakı hərbi obyektlərə zərbələrin artmasını Ukrayna məmurları da təsdiqləyirlər.

Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə “nəhayət ki, Qərb artilleriyası bütün gücü ilə işləməyə başlayıb”.

Rusiya qüvvələrinin dərinliyində hərbi obyektlərin vurulması Ukraynaya ABŞ-ın yaylım atəşli zennit raket sistemi – HIMARS sistemlərinin gətirilməsi ilə eyni vaxta təsadüf edir.

Bu raketlər 70-80 kilometr məsafəni dəqiq vura bilir.

Rusiya qüvvələrinin silah anbarlarına bir neçə zərbə məhz bu raketlərlə vurulub.

Bunu separatçıların dərc etdiyi fotolardan da görmək olar.

ABŞ-ın Müdafiə Nazirliyi bildirib ki, Ukrayna yeni silahlardan “uğurla” istifadə edir.

Hazırda ABŞ Ukraynaya 12 ədəd HIMARS qurğusu verib.

Ukrayna hökuməti bildirir ki, Rusiya qüvvələri üzərinə əks-hücumda bu sistemlər çox ciddi rol oynayacaq.

XS
SM
MD
LG