Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:51

Müdafiə Nazirliyi Qarabağda hərbi əməliyyat keçirildiyini bildirir (Video)


Moskva və Vaşinqtondan Qarabağ üçün telefon zəngləri sıxlaşır - Qarabağda kim nə istəyir?
Gözlə

No media source currently available

0:00 0:14:02 0:00

Moskva və Vaşinqtondan Qarabağ üçün telefon zəngləri sıxlaşır - Qarabağda kim nə istəyir?

MN: Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-də səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub

Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ilə danışıb

Avqustun 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və yaranmış gərginlik müzakirə olunub.

Bildirildiyinə görə, nazir Ceyhun Bayramov qeyd edib ki, son günlərdə Ermənistan tərəfindən həm iki dövlətin sərhəd bölgəsində, həm də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təxribatlar törədilib.

Habelə, açıqlamaya görə, o diqqətə çatdırıb ki, avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstə üzvlərinin Laçın rayonu istiqamətində Azərbaycan ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində bir hərbi qulluqçuları həlak olub:

“Azərbaycan Silahlı Qüvvələrinin öz suveren ərazilərində hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb” - məlumatda deyilir.

Açıqlamaya görə, Ceyhun Bayramov deyib ki, Ermənistan tərəfinin bu təxribatları vasitəçilik səylərinə xələl gətir.

Avropa İttifaqından vasitəçilik

Ötən ilin dekabrından bəri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin 3 görüşü keçirilib.

Sonuncu görüş mayın 22-də olub. Görüşdə iki ölkə arsında sülh sazişi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmişdi.

Ardınca mayın 23-də hər iki ölkədə liderlər dövlət sərhədlərinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

Bundan əvvəl iki ölkə arasında aparılan danışıqlarda əsasən Rusiya, ikinci Qarbağ müharibəsindən ( 2020-ci il) öncə isə ATƏT-in Minsk Qrupu (ABŞ,Rusiya və Farnsa qurumda həmsədrlərdir) vasitəçilik edib.

Müdafiə Nazirliyindən

Müdafiə nazirliyi Qarabağda bir sıra yüksəkliklərin nəzarətə alındığını bildirir
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Azərbaycan Müdafiə Nazirliyi (AMN) avqustun 3-ü axşam saatlarında cəbhədəki vəziyyətlə bağlı növbəti açıqlamasını yayıb.

“Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib” - açıqlamada yazılıb.

Bu məlumatda xatırlanır ki, Azərbaycanın bir əsgəri - Anar Rüstəm oğlu Kazımov həlak olub.

Açıqlamaya görə, bundan əlavə, onlar Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək, orada yeni döyüş mövqeləri qurmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu bölmələrinin keçirdiyi cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürülüb:

“Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.”

Açıqlamaya görə, əməliyyat çərçivəsində onların bir neçə döyüş mövqeyi vurulub, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib.

Nazirliyin qeyd etməsinə görə, nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsindən ölən, yaralanan olub, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları sıradan çıxıarılıb:

“Azərbaycan dəfələrlə bildirib ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır.”

Açıqlamaya görə, həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz qüvvələrin tərksilah edilməsi mütləq şəkildə labüddür.

Separatçılar itki verir və ‘səfərbərlik’ elan edirlər

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan Müdafiə Nazirliyinə istinadla yazır ki, avqustun 3-də yerli vaxtla saat 15:00-da Azərbaycan silahlı qüvvələri təmas xəttinin şimal-qərb istiqamətində zərbə dronlarından istifadə edib və nəticədə Qarabağ separatçılarının “özünümüdafiə ordusunun” 3 əsgəri həlak olub.

Məlumatda daha 15 erməni əsgərin yaralandığı xəbər verilir.

Ermənistan MN vəziyyətin avqustun 1-dən gərginləşdiyini bildirir.

Məlumatda deyilir ki, Azərbaycan silahlı qüvvələri sərhədyanı zonadakı təmas xəttini bir neçə yerdə keçməyə cəhd göstərib.

Azatutyun yazır ki, Azərbaycan qüvvələrinin Rusiya sülhməramlılarının məsuliyyəti zonasında atəşkəsi üç dəfə pozduğu barədə Rusiya Müdafiə Nazirliyi də məlumat verib.

Bu da xəbər verilir ki, Qarabağdakı erməni separatçıların başçısı Arayik Arutyunyan avqustun 3-dən “Dağlıq Qarabağda qismən səfərbərlik” elan edib.

Azərbaycan XİN əsgərin ölümündə Ermənistanı günahlandırır

Qarabağdakı separatçı qurum Azərbaycan qüvvələrinin təmas xətti yaxınlığında dron və qumbaraatanlarla ikinci dəfə hücuma keçdiyini, bir hərbçinin həlak olduğunu, səkkizinin yaralandığını bildirir. Hücumun günorta 3 radələrində, Qarabağdakı təmas xəttinin şimal-qərb hissəsində baş verdiyi qeyd olunur.

Azərbaycan hələlik, bu məlumatı şərh etməyib.

Moskva və Vaşinqtondan Qarabağ üçün telefon zəngləri sıxlaşır - Qarabağda kim nə istəyir?
Gözlə

No media source currently available

0:00 0:14:02 0:00

XİN-in bəyanatı

Bugün, avqustun 3-də Azərbaycan əsgərinin həlak olması ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyi də açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, Bakı dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib:

“3 avqust tarixində baş vermiş insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir”.

Açıqlamaya görə, Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarından qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir.

Əsgərin ölümünə görə cinayət işi açılıb

Laçın rayonunda Azərbayan əsgərinin həlak olması ilə bağlı cinayət işi açılıb.

Bu barədə Azərbaycan Baş Parokurorlugu məlumat yayıb.

Məlumata görə, hadisə yerinə baxış keçirilib, o cümlədən zəruri prosessual hərəkətlər yerinə yetirilib:

“Faktla bağlı Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb”.

Prokurorlugun bildirməsinə görə, hazırda istintaq davam edir.

Azərbayan əsgəri həlak olub

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb:

“Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-də səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusubölmələrinin mövqelərini intensiv atəşə tutub.”

Məlumata görə, nəticədə bir müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu aldığı güllə yarasından həlak olub.

Bu məlumata, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.

Qarşılıqlı ittihamlar

Son günlər təmas xətlərində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı ittihamlar eşidilir.

Qarabağdakı silahlı birləşmələr avqustun 1-də Azərbaycan qüvvələrini şimal və şimal-qərb hissələrdə hücumlara başlamaqda ittiham etmişdi. Azərbaycan isə atəşkəsin pozulması xəbərlərini təsdiqləməmişdi.

Özünü “Qarabağ Müdafiə Ordusu” adlandıran silahlı birləşmələr bildiriblər ki, gün ərzində Azərbaycan qüvvələrinin “təmas xəttini keçmək cəhdləri”nin qarşısını alıb.

Azərbaycanın Müdafiə Nazirliyi də öz növbəsində ötən həftəsonu Ermənistan silahlı qüvvələrinin bölmələrini Gədəbəy və Kəlbəcər rayonları, Qarabağdakı silahlı dəstələri isə Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində atəşkəsi pozmaqda ittiham edirdi.

Amm Ermənistan də keçən həftə Azərbaycanı Qarabağda iki kəndi və Ermənistanla sərhəddə onların hərbi mövqelərini atəşə tutmaqda ittiham edib. İttihamlar qarşılıqlı rədd edilib.

Qarabağda silahlı birləşmələr məsələsi

İki gün öncə, avqustun 1-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun telefon söhbətində də erməni silahlı birləşmələrin Azərbaycan ərazilərindən tam çıxarılmadığı vurğulanıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bir müddət öncə yerli mediaya müsahibəsində demişdi ki, Ermənistandan göndərilən çağırışçılar sentyabradək Qarabağdan çıxarılacaq, ancaq oradakı yerli çağırışçılar əvvəlki kimi “müdafiə ordusu”na cəlb olunacaqlar.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, qısa savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG