Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:03

Kiyev Rusiyanın yeni hücuma hazırlaşdığını deyir


Ukrayna hərbçisi Xarkov vilayətində
Ukrayna hərbçisi Xarkov vilayətində

Məlumata görə, Rusiya Krivoy Roq istiqamətində zərbə qrupu yaradır, Ukraynanın cənubunda yeni hücum əməliyyatlarına hazırlaşa bilər

Ukrayna Moskvanın Prezident Volodimir Zelenskinin doğma şəhəri Krivoy Roqa hücum üçün qüvvə yığdığını deyir. Bu arada Rusiya Ukraynada bir sıra şəhərləri bombalayıb, itkilər, dağıntılar törədib.

Şərqi Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenkonun Telegram-da yazdığına görə, son 24 saat ərzində Baxmut, Maryinka və Şevçenkoda üç dinc sakin öldürülüb, beş nəfər yaralanıb.

Yaşayış məskənləri də atəşə tutulur

Rusiya ilə sərhəddə yerləşən Sumi vilayətinin qubernatoru Dmitro Jivitski isə avqustun 3-də üç şəhərin Rusiya qüvvələri tərəfindən atəşə tutulduğunu, ümumilikdə 55 raket atıldığını deyib. Xəsarət alan olmasa da, evlərə və kommersiya obyektlərinə ziyan dəyib.

Jivitski Krasnopilska icmasının yaşayış məskənlərinə səkkiz artilleriya mərmisi atıldığını söyləyib.

Ukrayna Silahlı Qüvvələrinin avqustun 4-də yaydığı məlumata görə, Rusiya Krivoy Roq istiqamətində zərbə qrupu yaradır, Ukraynanın cənubunda yeni hücum əməliyyatlarına hazırlaşa bilər.

Zelenskinin böyüdüyü, polad istehsal olunan Krivoy Roq şəhəri cənubdakı cəbhə xəttinin 50 kilometrliyində yerləşir.

Ukraynanın mərkəzindəki Zaporojyedən qərbdə yerləşən Nikopolun də gecəyarısı atəşə tutulduğu xəbər verilir.

Rusiya ordusu həmçinin Dnepropetrovsk vilayətinin Krivorizki rayonunu atəşə tutub.

Kiyev zooparkının əməkdaşı: Müharibəyə görə heyvanların yanına köçməli oldum
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Ukraynanın taktikası

Britaniya Müdafiə Nazirliyinin gündəlik hərbi bülletenində deyilir ki, Ukrayna Rusiyanın hərbi hədəflərinə raket və artilleriya zərbələri endirməkdədir.

Kəşfiyyatın bildirdiyinə görə, Ukraynanın taktikası “çox güman” Rusiya ordusunun logistika təchizatını dağıtmaq, döyüş dəstəyi elementlərinə təzyiq göstərməkdir.

Bülletendə Rusiya qüvvələrinin Dnepr çayı üzərindəki Antonovski körpüsü yaxınlığındakı sularda radar reflektorları quraşdırdığı vurğulanır. Bir müddət öncə Ukrayna ABŞ-ın verdiyi HIMARS sistemlərindən buraxılan raketlərlə körpünü zədələmişdi. Reflektorların məqsədi körpünü gələcək mümkün zərbələrdən qorumaq ola bilər, kəşfiyyatın mövqeyi belədir.

Diqqəti Zaporojyedən yayındırmaq

Prezidentin müşaviri Oleksey Arestoviç isə deyib ki, Rusiyanın şərqdə hücumunun məqsədi Ukraynanın diqqətini həqiqətən təhlükədə olan Zaporojyedən yayındırmaqdır.

Rusiya martda Zaporojye nüvə enerjisi zavoduna təhlükəli dərəcədə yaxın məsafədə atəş açmaqda ittiham olunurdu. İşğalın ilk günlərində Rusiya zavodu ələ keçirdi.

Moskva mülkiləri hədəfə almadığını desə də, fevralın sonunda Ukraynanın işğalı başlayandan xeyli sayda şəhər dağıdılıb, minlərlə dinc sakin öldürülüb. Ukrayna və Qərb müttəfiqləri Rusiya qüvvələrini hərbi cinayətlərdə ittiham edirlər.

XS
SM
MD
LG