Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:43

Olaf Şolts: 'Bu, Putinin müharibəsidir'


Almaniya kansleri Olaf Şolts
Almaniya kansleri Olaf Şolts

Almaniya kansleri Olaf Şolts avqustun 11-də Berlində keçirilən mətbuat konfransında deyib ki, Ukraynadakı müharibənin məsuliyyətini şəxsən Rusiya prezidenti Vladimir Putin daşıyır.

O Ukraynada Rusiya tərəfindən törədildiyi iddia olunan hərbi cinayətləri pisləyib, lakin bu cinayətlərə görə də Putinin şəxsən məsuliyyət daşımalı olub-olmadığı barədə sualı cavabsız buraxıb.

Şolts Putinin məsuliyyətə cəlb edilib-edilməməsinə dair sualın cavanından da yayınıb.

Şolts bildirib ki, Ukraynada müharibənin başlanmasına görə məsuliyyəti sadə rusiyalılar deyil, ölkənin rəhbərliyi daşıyır.

Almaniya kanslerinə rusiyalılara viza verilməsinin dayandırılması planları barədə də sual verilmişdi.

Kansler bildirib ki, viza verilməməsinin günahsızlar da daxil hamıya şamil edilməsi bu sanksiyaların effektivliyini azaldardı.

O deyib ki, bütün rusiyalılara viza verilməsinin tam dayandırılmasını təsəvvür etmir.

Şolts vurğulayıb ki, “bu, Putinin müharibəsidir”.

Ağlabatan görünmür

Almaniya kansleri bildirib ki, Avropa İttifaqı Rusiyaya sanksiya təzyiqini, Almaniya isə Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirəcək:

"Biz özümüzü ona hazırlamışıq ki, bu müharibə bütün dünyaya və əlbəttə bizim ölkəmiz də daxil Avropaya təsir göstərəcək”.

Xəbər verilir ki, Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tərkibində Rusiya vətəndaşlarına Şengen vizalarının verilməməsi məsələsini müzakirə edəcək.

Almaniya Xarici İşlər Nazirliyi bildirir ki, belə bir qadağanın qəbul olunacağı ağlabatan görünmür.

Rusiya vətəndaşlarına Qərb vizaları verilməsinin dayandırılmasını Ukrayna prezidenti Volodimir Zelenski təklif etmişdi.

Avropa İttifaqının bəzi üzv ölkələri belə bir qadağanın Şengen vizasına şamil olunmasını istəmişdi.

XS
SM
MD
LG