Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 12:41

Moskva Ermənistanın sülhməramlılarla bağlı tənqidini qəbul etmir (Video)


Laçından köçmək üçün erməni sakinlərə köçpulu paylanmasına başlanır
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Laçından köçmək üçün erməni sakinlərə köçpulu paylanmasına başlanır

ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan hökumət müşavirəsində Rusiya sülhməramlı missiyasını kəskin tənqid etmişdi

Moskva Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə ünvanlanmış tənqidləri əsassız hesab edir.

Bunu avqustun 11-də Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İvan Neçayev deyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan hökumət müşavirəsində Rusiya sülhməramlı missiyasını kəskin tənqid etmişdi.

O demişdi ki, Ermənistan Rusiya sülhməramlılarından Azərbaycanın cilovlanmasını gösləyir.

Paşinyan həmin çıxışında Çaylaqqala və Köhnə Tağlar kəndlərinin, habelə Fərrux kəndinin Azərbaycan qüvvələri tərəfindən zəbt olunmasını və bu hadisələrin Rusiya sülhməramlılarının gözləri qarşısında baş verməsini xatırlatmışdı.

Ermənistan baş naziri habelə təmas xətti boyunca gərginliyin artdığını, atəşkəsin pozulduğunu, Qarabağdakı ermənilərin təhdid olunması hallarının davam etdiyini bildirmişdi.

Neçayev bu tənqidlərə cavab olaraq deyib:

“İntensiv siyasi təmaslarla yanaşı, Rusiya sülhməramlılarının da fəaliyyəti davam edir. Onlar yerlərdə vəziyyətin stabilləşdirilməsi üçün zəruri səyləri göstərirlər. Bundan əvvəl həm Bakı, həm də Yerevan Rusiya sülhməramlı kontingentinin mühüm rolunu qeyd ediblər. Sülhməramlılara ünvanlanmış ayrı-ayrı tənqidləri biz əsassız hesab edirik”.

Zabuxdakı erməni sakinlər: Evləri yandırsaq, kompensasiya verməyəcəklər
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Moskva üç il desə də

Rusiya XİN-in nümayəndəsi vurğulayıb ki, Qarabağı Ermənistanla bağlayan Laçın dəhlizi ətarfında yaranmış vəziyyət Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən imzalanmış 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 6-cı bəndinə müvafiq tənzimlənməlidir:

“Bütün məsələlərin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il bəyanatları əsasında həll olunmasının mühümlüyünü bir daha təsdiqləyirik. Bu Laçın dəhlizinə də aiddir. Bu dəhliz ətrafında yaranmış situasiya 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı maddəsi əsasında həll olunmalıdır. Bu maddədə deyilir ki, tərəflərin razılığı əsasında yaxın üç ildə Dağlıq Qarabağla Ermənistanın əlaqəsini təmin edən Laçin dəhlizi ilə hərəkət üçün yeni marşrutun tikintisinə dair proqram müəyyən ediləcək. Bundan sonra Rusiya sülhməramlıları həmin marşrutun mühafizəsi üçün dislokasiya olunacaq”.

Azatutyun yazır ki, Rusiyadan Laçın dəhlizinə alternativ sözü gedən marşrut tikintisi planın yalnız təsdiqlənməsinin üç il ərzində reallaşacağına dair bəyanatların səslənməsinə baxmayaraq Laçın dəhlizi artıq avqustun 25-dən Bakının nəzarətinə keçir.

Azərbaycan avqustun 11-də Laçın yoluna alternativ yolun tikintisinin başa çatdığını bildirib.

Ermənistan tərəfi isə bu yolun onun ərazisinə düşən hissəsinin çəkilişinə yalnız avqustun 1-də başlayıb.

Laçında erməni sakinlər şəhəri tərk etmək üçün 20 gün möhlət verildiyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44-günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG