Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:09

Türkiyənin Ukraynaya minayadavamlı PDM-lər verdiyi deyilir - Qərb mediası


Kirpi PDM-ləri
Kirpi PDM-ləri

Kirpi PDM-ləri xüsusi oturacaq amortizasiyası, GPS sistemi, arxa görüntü kamerası və avtomatik yanğınsöndürmə sistemi ilə təchiz edilib

Türkiyə hökuməti Ukrayna hərbiyyəsinə 50 ədəd minayadavamlı və pusqudan qorumalı zirehli maşın verib.

Defense News saytı bildirir ki, bu barədə məlumatı Türkiyənin hökumət və sənaye mənbələri veriblər.

Məlumatı bəzi Ukrayna agentlikləri də təsdiq ediblər.

Xəbərdə deyilir ki, Kirpi adlanan bu zirehli maşınlar Ukraynaya BMC şirkəti ilə müqavilə əsasında yox, Kiyev və Ankara arasında hökumət sazişi əsasında verilib.

Adının çəkilməsini istəməyən mənbə bildirib:

“Sazişə uyğun olaraq Türkiyənin Milli Müdafiə Nazirliyi ilkin dəst kimi 50 ədəd Kirpi zirehlisini Ukraynaya çatdırıb. Bu maşınların Ukraynaya göndərilməsi davam etdiriləcək”.

Defense News saytı yazır ki, BMC şirkəti maşınların Ukraynaya çatdırılmasını və bu barədə müqavilənin olmasını təsdiq edib:

“Bu sazişin bizim şirkətimizlə heç bir bağlılığı yoxdur. Ankara hökuməti ordunun cəbbəxanasında olan Kirpi maşınlarından bir dəstini Ukraynaya verib”.

Bu da qeyd olunur ki, məsələnin həssaslığını nəzərə alan BMC nümayəndəsi də adının çəkilməsini istəməyib.

Texniki keyfiyyətləri

Kirpi 1 piyadalarlın döyüş maşınıdır (PDM) və ilk nümunəsi 2009-cu ildə istehsal olunub.

Türkiyə hökuməti BMC şirkətindən indiyədək 614 ədəd Kirpi 1 alıb və bu maşınlardan artlıq əməliyyatlarda istifadə olunub.

Şirkət bildirir ki, indiyədək 200-dək müştəri ölkəyə 1500-dək Kirpi 1 satılıb.

Bu da bildirilir ki, 2018-ci ildə BMC daha bir hökumət tenderində qalib gəlib və yeni Kirpi 2 modfifikasiyasından olan 529 ədəd PDM orduya çatdırılmalıdır.

Kirpi PDM-ləri xüsusi oturacaq amortizasiyası, GPS sistemi, arxa görüntü kamerası və avtomatik yanğınsöndürmə sistemi ilə təchiz edilib.

Bu PDM-in kiçik çaplı silahlar üçün 5 mazğalı və hər iki tərəfdə gülləbatmaz pəncərələri var.

PDM-də 7.62mm və ya 12.7mm çaplı pulemyorlar yerləşdirilə bilər.

XS
SM
MD
LG