Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:08

BAEA missiyası Zaporojye AES-ə gedir


Zaporojye AES
Zaporojye AES

Enerhoatom avqustun 27-də bildirib ki, periodik atəş stansiyanın infrastrukturuna ziyan vurub

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba avqustun 29-da deyib ki, Rusiya dünyaya nüvə qəzası riski yaradır. O, BAEA-nın missiyasını agentlik “tarixində ən çətini” adlandırıb, bunu Rusiya silahlı qüvvələrinin döyüş əməliyyatları, Moskvanın obyektdə varlığını legitimləşdirmək üçün “çox abırsız yol”a əl atmasıyla izah edib.

Böyük Yeddiliyin (G7) Yayılmama üzrə Direktorlar Qrupu səfəri alqışlayıb, stansiyada təhlükəsizliklə bağlı narahatlığını bir daha dilə gətirib.

***

BMT-nin nüvə təhlükəsizliyi agentliyinin missiyası bu həftənin sonuna Ukraynanın cənubunda Rusiyanın işğalı altında olan Zaporojye AES-ə gedəcək. AES-in yerləşdiyi ərazidə döyüşlərin qızışması mümkün radiasiya sızması sarıdan qorxuları artırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Rafael Qrossi avqustun 29-da Twitter-də yazıb ki, “vədə tamam oldu” və BAEA ekspertləri qrupu AES-ə “yola düşüb”. Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan az sonra AES-i ələ keçirib.

“Ukraynanın və Avropanın ən böyük nüvə obyektinin təhlükəsizliyini qorumalıyıq. Bu həftə #ZNPP-də (Zaporojye AES- red.) olacaq missiyaya başçılıq etməkdən qürur duyuram”, – tvitdə yazılıb.

Missiyanın nə vaxt çatacağı açıqlanmır

BAEA ekspertləri stansiyaya dəymiş fiziki ziyanı dəyərləndirəcək, təhlükəsizlik sistemlərini işləkliyini müəyyən edəcək, işçi heyətinin çalışdığı şəraitə baxacaq, təcili təhlükəsizlik fəaliyyətini həyata keçirəcək, agentlik qeyd edir.

Nə Qrossi, nə də agentlik missiyanın Zaporojyeyə nə vaxt çatacağını dəqiq qeyd edib.

Ukraynanın enerji nazirliyi isə “təhlükəsizlik səbəblər”indən BAEA missiyası haqda şərh verməyəcəyini bildirib.

BMT və Ukrayna AES-in münaqişə hədəfinə çevrilməməsi üçün hərbi avadanlıq və heyətin oradan çıxarılmasına çağırıb.

Qarşılıqlı ittihamlar

Son bir neçə həftədə Kiyevlə Moskva bir-birini Ukraynanın cənubundakı Enerhodar şəhərində yerləşən şəhər ətrafına raket zərbələrinə görə ittiham edir.

Həftəsonu təkcə stansiya yaxınlığında, Dnepr çayının sol sahilində deyil, çayın Ukraynanın nəzarətində olan sağ sahilində də, o cümlədən Nikopol və Marhanets şəhərlərində hücumlar qeydə alınıb.

Ukraynanın Enerhoatom atom enerjisi agentliyi avqustun 28-də dərc etdiyi xəritədə qəza halında stansiyadan sıza biləcək radiasiyanı proqnozlaşdırır. Avqustun 29-na pronozlaşdırılan külək Ukraynanın cənubuna və Rusiyanın cənub-qərbinə nüvə buludu yaya bilər, xəritəyə əsasən belə demək olar.

Hakim orqanlar ötən həftə Zaporojye AES yaxınlığında yaşayanlara mümkün radiasiyaya qarşı yod həbləri paylamağa başlayıblar.

Soyutma sistemləri sarıdan narahatlıq

Narahatlıq daha çox stansiyanın nüvə reaktorlarının soyutma sistemləri ilə bağlıdır. Sistemlərə elektrik lazımdır, avqustun 25-də isə stansiya şəbəkədən müvəqqəti ayrılıb. Rəsmilər yanğın nəticəsində ötürücü xəttə ziyan dəydiyini deyiblər. Soyutma sistemində problem nüvə əriməsinə səbəb ola bilər.

Enerhoatom avqustun 27-də bildirib ki, periodik atəş stansiyanın infrastrukturuna ziyan vurub.

BAEA avqustun 28-də radiasiya səviyyəsinin normal olduğunu bildirib. Məlumata görə, Zaporojye AES-in altı reaktorundan ikisi işləyir, tam dəyərləndirmə aparılmasa da, son atışmanın su kəmərinə ziyan vurduğu, sonradan təmir olunduğu bildirilir.

XS
SM
MD
LG