Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:51

Qazprom: 'Şimal axını' ilə qaz nəqli o zaman bərpa olunacaq ki...


İllüstrativ foto
İllüstrativ foto

Ukrayna ərazisinin işğala məruz qalmasına baxmayaraq, Rusiya qazının Avropaya nəqli üçün əsas tranzit marşrutudur, ancaq nəql edilən qazın həcmi azalıb.

Sentyabrın 6-da bir çox mənbədən gələn xəbərlərə görə, Rusiya qazının Ukrayna ərazisindən nəqli həmişəki kimi davam etməkdədir.

***

Rusiyanın qaz ixracatçısı “Qazprom” şirkətinin aparıcı rəsmisi deyib ki, alman tərəfdaşları nasaz avadanlıqları təmir edənə qədər “Şimal axını 1” boru kəməri ilə qaz nəqli bərpa olunmaycaq. Bu məsələ Avropada temperaturun düşdüyü bir vaxtda enerji sarıdan narahatlığıartırır.

“Qazprom”un tərəfdaşı Siemens Energy ona təmirlə bağlı tapşırıq verilmədiyini söyləyib. Şirkət onu da qeyd edib ki, Qazprom-un iddia etdiyi nasazlıq asanlıqla aradan qaldırıla bilər, normal halda tədarükləri dayandırmamalıdır.

Sentyabrın 6-da Vladivostokda iqtisadi mövzuda keçirilən tədbirdə “Qazprom”un baş icraçı direktorunun müavini Vitali Markelov qaz nəqlinin bərpasıyla bağlı deyib ki, “onlar əvvəlcə avadanlığı təmir etməlidir”.

“Qazprom” “Şimal axını 1” ilə qaz nəqlini avqustun 31-də üç günlük texniki xidmətə dayandırıb, lakin turbinlərdən birinin nasosunda sızma olduğunu əsas gətirərək, axını bərpa etməyib.

İttihamlar

“Şimal axını 1” Rusiyadan Avropaya illik 55 milyard kubmetr qaz nəql edən ən böyük qaz kəməridir. O, Rusiyanın Finlandiya ilə sərhədi yaxınlığındakı Vıborqdan Almaniyanın şimal-şərqindəki Lubmin şəhərinə qədər uzanır.

Qərb liderləri Moskvanı enerji təchizatından silah kimi istifadədə ittiham edirlər, lakin enerji hasilatının alternativ mənbələri və üsullarına keçiddə böyük çətinliklərlə üzləşirlər.

Ukrayna prezidenti Volodimir Zelenski keçən həftə avropalıları sərt qışa hazırlaşmağa çağıraraq deyib ki, “Rusiya bu qış bütün avropalılara həlledici enerji zərbəsi hazırlayır”.

Rusiya onilliklərdir siyasi məqsədləri üçün qazı dayandırmaqla hədələməkdə suçlanırdı, lakin Prezident Vladimir Putin fevralın sonunda Ukraynaya hərtərəfli müdaxiləyə başlayana qədər o, qaz satdığı avropalılar ilə əlaqəsini yaxşı saxlamağa çalışıb.

Rusiya üzünü Asiyaya tutur

Qərbin maliyyə və ticarət sanksiyaları və Moskvanın əks addımları Rusiya qazından asılı olan bir çox Avropa ölkələrinə tədarükdə kəskin azalmalara, fasilələrə səbəb olub.

Moskva enerji ehtiyatlarından silah kimi istifadə ittihamını dəfələrlə təkzib edib.

Qərb dövlətləri Rusiyanın enerji təchizatı üçün maksimum qiymət həddi qoymağı müzakirə edib. Moskva isə belə bir hədd tətbiq edən istənilən ölkəyə bu cür məhsulların satışını dayandıracağını bildirib.

Rusiyanın energetika naziri Nikolay Şulqinov isə sentyabrın 6-da Vladivostokda bildirib ki, ölkəsi bu cür qiymət həddinə cavab olaraq enerjisi tədarükünü daha çox Asiyaya yönəldəcək.

XS
SM
MD
LG