Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 20:20

Putin Səmərqənddə Si ilə görüşüb


Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı liderlərinin Özbəkistanda keçirilən sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Tsinpinlə görüşüb.

Bu, iki dövlət başçısının Ukraynada müharibə başlanandan bəri ilk görüşüdür.

Putin bəyan edib ki, Çinin “Ukrayna böhranı” ilə bağlı narahatlığını başa düşür və “çinli dostların bu məsələdə balanslaşdırılmış siyasətini” yüksək qiymətləndirir.

Putin habelə “ABŞ və onun satellitlərinin” Tayvan boğazındakı “təxribatlarını” pisləyib və bu məsələdə Pekinə dəstəyini bir daha təsdiqləyib.

Si Tsinpin öz növbəsində bəyan edib ki, Çin “Rusiya ilə birlikdə dünyaya sabitlik və müsbət enerji gətirmək üçün böyük dövlətlərin rəhbər rolunu üzərinə götürməyə hazırdır”.

O habelə Putinin “vahid Çin” prinsipinə sadiqliyini yüksək qiymətləndirdiyini deyib.

Ağ Ev sentyabrın 15-də Çini Rusiyanı Ukraynadakı müharibədə dəstəkləməməyə çağırıb və bildirib ki, bütün ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləməkdə yekdil olmalı və kənarda qalmamalıdırlar.

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Körbi bu barədə demişdi:

"Bizim Çinə mesajımız düşünürəm ki, ardıcıl olub: indi Putinlə onun Ukraynanın daxilində nələr etdiyini nəzərə almaqla, hər hansı işbirliyi aparmaq vaxtı deyil. İndi onun Ukraynada etdiklərini əksərən pisləyən beynəlxalq icmadan kənarda qalmaq vaxtı deyil”.

Körbi bunu da qeyd edib ki, Pekin indiyədək Rusiyaya heç bir maddi-texniki dəstək verməyib və Moskvaya qarşı sanksiyaları pozmayıb.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 15-də Özbəkistanda çinli həmkarı Si Tsinpinlə görüşəcək. Görüş Pekinlə Moskvanın ABŞ-ın nüfuzuna əksbalans kimi yaratdığı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində keçiriləcək.

Səkkiz üzvü olan ŞƏT-in sammiti Putinin Ukraynaya hücumdan sonra artan təcridlə üzləşməsi fonunda keçirilir. Bu arada Pekinin ABŞ, Avropa, Yaponiya və Hindistanla münasibətləri texnologiya, təhlükəsizlik və ərazi məsələlərindən dolayı gərgindir.

Putinlə Sinin sentyabrın 15-də günortadan sonra “xüsusi əhəmiyyətli” ikitərəfli görüşdə Ukrayna və Tayvanı müzakirə edəcəyi bildirilir.

Sərhəddə baş verənlərlə bağlı informasiya axışını necə qiymətləndirirsiniz?
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

“Limitsiz dostluq”

Si son iki il yarımda ilk dəfədir xaricə səfər edir. Koronavirus pandemiyası dövründə o, xaricə getməyib.

Rusiyanın Ukraynaya səbəbsiz təcavüzündən az öncə Putinlə Si Pekində Qış Olimpiya oyunlarının açılışında görüşüb, iki ölkə arasında dostluğun “limitsiz” olduğunu elan ediblər.

Çin o vaxtdan Rusiyanı müharibədə dəstəkləyib, münaqişəyə görə Vaşinqton və NATO-nun məsuliyyət daşıdığını iddia edib.

Bu arada iki ölkə arasında ticarətdə kəskin artım baş verib. Sanksiyaların Rusiya bazarlarında yaratdığı boşluqları Çin məhsulları doldurur.

Qərb Rusiyadan təchizatı boykot etdiyi bir vaxtda Çin bu ölkədən daha çox enerji alır.

Ancaq Pekin eyni zamanda sanksiya hədəfinə çevrilməmək üçün Rusiyaya beynəlxalq sanksiyaları pozmamağa çalışır.

Məktəbli formalarının sayı niyə yetərli deyil?
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

Putinin görüşləri

Putin həmçinin İran, Qırğızıstan, Pakistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşəcək. O, sabah – sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə, Hindistan və Türkiyə liderləri ilə görüşlər keçirməlidir.

Putin sabah ŞƏT-in gələcəyi, bloku necə möhkəmləndirməklə bağlı çıxış edəcək.

2001-ci ildə təsis olunmuş ŞƏT-in hədəfi təhlükəsizlik və siyasi əməkdaşlığı gücləndirməkdir. Quruma Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan, Rusiya, Çin və Hindistan daxildir.

İndiyədək müşahidəçi statusunda olan İran sentyabrın 15-də ŞƏT-in daimi üzvü olmaq üçün Öhdəliklər Memorandumu imzalayıb.

Belarus və Monqolustan da qurumda müşahidəçi statusundadır.

Ermənistan, Azərbaycan, Kamboca, Nepal, Şri Lanka və Türkiyə isə ŞƏT-də tərəfdaş statusuna malikdir.

XS
SM
MD
LG