Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:01

İranla sərhəd dağ kəndlərində oxuya bilməyənlər


Hadı Rəcəblinin ‘yol göstərdiyi’ müəllimin halı
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Hadı Rəcəblinin ‘yol göstərdiyi’ müəllimin halı (2016)

Astara rayonunun Unuz kənd sakini 13-yaşlı Amid Eyvazov və onun ailəsində digər məktəbli uşaqların təhsil problemləri həll edilməkdədir. Ötən dərs ilində onların təhsildən kənarda qalması ilə bağlı AzadlıqRadiosunun saytında yazı dərc olunmuşdu. Onda rayon rəsmiləri də bildirmişdilər ki, növbəti dərs ilində bu problem həll olunacaq.

İndi Züngüləş kənd orta məktəbinin direktoru Rövşən Mustafayev deyir ki, həmin ailənin dörd məktəb yaşlı üzvü təhsilə cəlb olunub: "Eyvazovlar ailəsindən dörd uşaq məktəbdə qeydiyyatdan keçib. Onlardan yalnız iki nəfəri dərsə gəlir. Amid Eyvazovun yaşı çox olduğu üçün ona fərdi qaydada dərs keçilir".

Sahib İmaməliyev
Sahib İmaməliyev

"Məktəb, tibb məntəqəsi,... yoxdur"

Astara rayonunun İstisu deyilən ərazisində yaşayan Sahib İmaməliyev isə bu problemin tam həll olunmadığını söyləyir: "Mən Eyvazovların qohumuyam. Onların çox işlərini mən görürəm. Yaşadığım yer Unuz kəndinə nisbətən məktəbə yaxındır. Buradan Unuz kəndinə 27 kilometr məsafə var. Oraya yol yoxdur, atla gedirlər. Ailənin iki uşağını saxlaya bilirəm, digər iki uşaq isə məktəbə gələ bilmir. Onlar Unuzdadırlar. Unuz kəndi İranla sərhəddə yerləşir. Məktəb, tibb məntəqəsi, heç nə yoxdur. Unuzda 10 məktəbli uşaq var. Uşaqlardan bir necəsini gətiriblər Sərək kəndinə, qohumlarının yanına. Onlar burda dərsə gedirlər. Dərsdən qalanlar da var".

Astarada dağ kəndi
Astarada dağ kəndi

S.İmaməliyev deyir ki, problemin tam həlli mümkündür: "SSRİ rəhbəri Stalinin ölümü ərəfəsində burada dörd kəndin əhalisini başqa yerlərə köçürdüblər. Guya kənd sakinlərinin İranla əlaqələri olub. Müstəqil olduq, həmin kəndlərin sağ qalan adamları doğma yerlərə qayıtdılar. Amma şərait olmadığına görə çoxu yenidən kənddən çıxdı. İndi həmin kənddə dörd ailə var. Qışda yollar bağlanır, əlaqə kəsilir. Kəndin uşaqları savadsız böyüyürlər. Mənim kürəkənim Ağadadaş Eyvazov müharibə veteranıdır. Onun da təhsili yoxdur, məktəb görməyib".

Onun deməsinə görə, həmin ailə üçün başqa yerdə həyətyanı sahə istəyiblər, amma ala bilməyiblər.

Bəndəsər kəndinin sakinləri yolsuzluqdan şikayətçidirlər.
Bəndəsər kəndinin sakinləri yolsuzluqdan şikayətçidirlər.

"Hərbi xidmətə yola saldığımız uşaqların yarıdan çoxu adını..."

İstisu ərazisində yaşayan, amma adının çəkilməsini istəməyən bir sakinin sözlərinə görə, dağlıq ərazilərdə məskunlaşanların arasında təhsildən kənarda qalan məktəbli uşaqlar çoxdur: "Bəndəsər kəndinin yuxarı hissəsində camaat uşaqlarını məktəbə Astaraçayın içi ilə aparırlar. Dağa qalxdıqca yol çətinləşir. Əslində yol yoxdur, qar yağandan sonra gediş-gəliş dayanır. Dağın bu hissəsində yaşayanlar zülm çəkirlər. Keçən il hərbi xidmətə yola saldığımız uşaqların yarıdan çoxu adını belə yaza bilmirdi...".

O deyir ki, Bəndəsər kəndinə qədər asfalt yol var: "Burada mini su elektrik stansiyası tikirdilər. Prezident elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edəcəyi üçün bu yolu çəkdilər. O tərəfə yol yoxdur. Dağ ərazisində yaşayan uşaqların təhsildən qalmasının əsas səbəblərindən biri yolsuzluqdur. Yaddan çıxmışıq. Unuz kimi kəndlərdə modul tipli məktəb tiksinlər. Vəziyyət ürəkaçan deyil".

Axar çaydan həm də yol kimi istifadə edirlər.
Axar çaydan həm də yol kimi istifadə edirlər.

Rəsmilərin cavabı

Sözügedən məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlarla iş şöbəsinin müdiri Xanverdi Şirinov bunları bildirdi: "Uşaqların hamısı məktəbə cəlb olunacaq".

Onun deməsinə görə, Unuz kəndinə yol çəkmək, hələlik, mümkün deyil.

Lənkəran-Astara Regional Təhsil İdarəsi altı rayonu əhatə edir. Ora 554 ümumtəhsil məktəbi daxildir. Bu məktəblərdə 13 mindən çox şagird təhsil alır.

XS
SM
MD
LG