Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:29

Blinken və Çavuşoğlu Azərbaycan və Ermənistanı müzakirə ediblər


Ermənistanda valideynlər oğullarının meyitini özləri tapıb basdırır
Gözlə

No media source currently available

0:00 0:15:55 0:00

Ermənistanda valideynlər oğullarının meyitini özləri tapıb basdırır

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu sentyabrın 20-də Nyu York şəhərində görüşərək Cənubi Qafqazda yaranmış vəziyyəti müzakirə ediblər.

Bu barədə məlumat ABŞ Dövlət Departametinin rəsmi saytında dərc olunub.

Dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoq və uzunmüddətli sülhün əldə olunması üçün səylər göstərir.

Blinken və Çavuşoğlu habelə Rusiyanın Ukraynaya qarşı müharibəsi şəraitində NATO birliyinin qorunmasının vacibliyini vurğulayıblar.

ABŞ dövlət katibi Ukrayna taxılının Qara dəniz limanlarından ixracına imkan yaratdığı üçün Türkiyəyə təşəkkürünü bildirib.

Görüşdən əvvəl Entoni Blinken Türkiyəyə həm də bir müttəfiq kimi NATO-nun gücləndirilməsində oynadığı böyük rola görə təşəkkür edib.

Çavuşoğlunun təşəkkürü

Öz növbəsində Türkiyə naziri Entoni Blinkenə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini görüşdürdüyünə görə təşəkkürünü bildirib:

“İcazə verin göstərdiyiniz səylərə, dünən Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirdiyinizə görə, habelə Suriya və regionla bağlı təşəkkürümü bildirim. Mən məmnunam ki, bu strateji mexanizm yaxşı işləyir”.

Çavuşoğlu yarım saat davam edən görüşdən sonra Twitter-də yazıb ki, danışıqlarda ikitərəfli münasibətlər, Ukrayna və regionda baş verən hadisələr müzakirə edilib.

Çavuşoğlu Nyu Yorka BMT Baş Assambleyasının 77-ci sessiysında iştirak etmək üçün gəlib.

XS
SM
MD
LG