Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:59

Putin blef edirmi


Ukrayna ordusu Rusiyayla sərhədə çatdı. Daha bir zərbəyə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Ukrayna ordusu Rusiyayla sərhədə çatdı. Daha bir zərbəyə hazırlaşır

Referendumu, gözlənildiyi kimi, bir neçə ayın deyil, bir neçə günün içində keçirmək "plan deyil, planın iflasıdır".

Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib. Bu, Rusiya qüvvələrinin Xarkov vilayətində bəzi ərazilərdən çıxarılması fonunda baş verir. Üstəlik, Ukraynanın işğal olunmuş vilayətlərinə Kremlin təyin etdiyi məmurlar bu ərazilərin ilhaqı üzrə referendumların keçiriləcəyini açıqlayıblar.

Putin bu gün – sentyabrın 21-də çıxışında nüvə təhdidi də səsləndirib, deyib ki, Rusiya öz ərazisini qorumaq üçün bütün vasitələrdən istifadə edəcək. “Bu, blef deyil”, – o, sözlərinə əlavə edib.

'Niyə 'Korrupsionerləri tanı' kimi kampaniya aparılmır? Bu onu göstərir ki,...'
Gözlə

No media source currently available

0:00 0:05:46 0:00

Putinin səbəbi

Qərb referendum planlarını pisləməkdədir. Təhlilçilərin fikrincə, gələn ay 70 yaşı tamam olacaq Putin bu saxta səsvermələrdən isitifadə edərək “Rusiya” ərazisinin hücum altında olduğunu iddia edə bilər.

“Xarici əsgərlərin Rusiya sərhədini keçməsi – sərhədin təzəlikcə dəyişdirilməsinə baxmayaraq – Putinin əlinə səfərbərlik, indiyədək yayındığı Ukrayna obyektlərini hədəfə almağa girəvə verəcək, nüvə təhdidlərinin abstraktlığını azaldacaq”, – Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi Aleksandr Baunov sentyabrın 20-də Twitter-də yazıb.

“Moskva ümid edir ki, bu fərq münaqişəni sıravi rusiyalılar üçün daha legitim edəcək”, – o, sözlərinə əlavə edib.

Qorxu səpmək

Vaşinqtonda yerləşən Rand Corp təhlil mərkəzindən Dara Massikotun fikrincə, Kreml Kiyevi, həmçinin Ukraynanın döyüş uğurlarında vacib hərbi dəstək göstərmiş Qərb ölkələrini qorxutmaq istəyir.

“Onlar ümid edirlər ki, anneksiya beynəlxalq sistemi sarsıdacaq, “Rusiya ərazisi”ylə bağlı nüvə təhdidləri atəşkəsə səbəb olacaq, Ukraynaya dəstəyi azaldacaq”, – Massikot sentyabrın 20-də yazıb.

Hətta işğaldan öncə ABŞ və Qərb müttəfiqləri Rusiya ordusunu təhrikdən çəkinirdilər. Ukraynaya hərbi yardımın sürəti də bu səbəbdən Kiyevi təəccübləndirirdi.

Risk

Kremlin son addımları Putinin müharibəni uduzarsa, hakimiyyətinin taleyindən narahatlığını göstərir, - hərbi təhlilçi Rob Li belə deyir.

“Onun üçün nə daha böyük risk törədir: səfərbərlik, taktiki nüvə silahlarından istifadə, yaxud Donbası və Ukraynanın işğal olunmuş digər ərazilərini itirmək?” – Li Putinin bugünkü çıxışından qabaq sual edirdi.

Ukrayna qüvvələrinin son həftələr gerçəkləşdirdiyi əkshücum Rusiya millətçilərini qəzəbləndirib. Onlar Kremli tənqid edir, Putini ümumi səfərbərlik elan etməyə, Ukraynanın mülki infrastrukturunu bombalamağa, hətta nüvə silahlarına əl atmağa çağırırdılar.

Putin fevralın 24-də işğala başlayanda Kiyevi bir neçə günə tutacağını, moskvapərəst hökumət quracağını gözləyirdi. Əvəzində ukraynalıların sərt müqaviməti, Qərbin ağır sanksiyaları ilə üzləşdi.

“Planın iflası”

AzadlıqRadiosunun müxbiri Tod Prins yazır ki, Ukraynanın uğurları Kremli karıxdırıb və onlar qəfil tədbirlərə əl atıblar.

Referendumu gözlənildiyi kimi, bir neçə ayın deyil, bir neçə günün içində keçirmək “plan deyil, planın iflasıdır”, – rusiyalı ekspert Tatyana Stanovavanın başçılıq etdiyi R.Politik analitik qurumu sentyabrın 20-də yazıb.

Daha öncə Kremlin referendumu təxirə salması haqda xəbərlər yayılmışdı.

Massikot xəbərdarlıq edir ki, anneksiya strategiyası döyüşlərə və Qərbin Ukraynaya dəstəyinə son qoya bilməsə, Kreml “özündən çıxa”, raket zərbələrinə, kiberhücumlara əl ata, təlimlər, yaxud yerdəyişmələr vaxtı nüvə silahlarını nümayiş etdirə bilər.

Uğursuzluğun səbəbi

Ekspertlər Rusiyanın döyüşdə uğursuzluğunu qismən canlı qüvvə çatışmazlığına bağlayırlar. Müdafiə naziri Sergey Şoyqu 6 minədək əsgərin öldürüldüyünü desə də, Qərb kəşfiyyatı bu rəqəmin dəfələrlə böyük olduğunu bildirir.

Kreml indiyədək işğala “müharibə” demir, “xüsusi əməliyyat” adlandırır. Müharibə üçün gizli döyüşçü yığılıb, onlara böyük pul mükafatları vəd olunub. Məhbuslar arasından da qüvvə cəlb olunduğu bildirilir.

İnsan haqları müdafiəçiləri yüzlərlə hərbçinin döyüşü davam etdirmək əmrindən imtina etdiyini deyir. Qanunvericiliyə son dəyişikliklər isə bu hallara qarşı cəzaları sərtləşdirib.

Li sentyabrın 20-də yazırdı ki, Putin ümumi səfərbərlik elan edərsə, “böyük siyasi risklərlə” üzləşər. Çünki bunun müharibədə Rusiyaya köməyi dəyəcəyinə “qarantiya yoxdur”.

“Pis təlim görmüş və motivasiyası aşağı rusiyalı əsgər çoxluğu böyük üstünlük demək deyil”, – Li tvitində yazıb.

XS
SM
MD
LG