Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18

Zaporojyedə Rusiya zərbəsindən 23 nəfər həlak olub


Kiyev yaxınlığında, Buçada ağlayan qadın
Kiyev yaxınlığında, Buçada ağlayan qadın

ABŞ və BMT sentyabrın 29-da Rusiyanın ilhaq mərasimi planlarını sərt şəkildə pisləyib

Sentyabrın 30-da Ukraynanın cənubundakı Zaporojye şəhərində Rusiyanın mülki maşın karvanını vurması nəticəsində azı 23 nəfər həlak olub, 28 nəfər yaralanıb. Məlumatı vilayət qubernatoru Oleksandr Starux verib.

O, Telegram-da ölü və yaralıların hamısının dinc sakinlər olduğunu yazıb, yanan maşınların, yolda qalan meyitlərin fotolarını paylaşıb. Hadisə yerində xilasedicilərin olduğunu qeyd edib.

Staruxun sözlərinə görə, karvan Rusiyanın işğalı altında olan əraziyə gedirmiş. Onlar qohumlarını götürərək təhlükəsiz yerə aparacaqlarmış.

Rusiya hələlik, bu hücumla bağlı açıqlama verməyib.

Putin Xerson və Zaporojyenin 'müstəqilliyini' tanıyır

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dörd vilayıtinin ilhaqıyla bağlı mərasim keçirəcək. Putin sentyabrın 30-da Xerson və Zaporojye vilayətlərinin 'müstəqilliyinin' tanınması haqda fərmanlar imzalayıb. Bu isə Ukraynanın işğal olunumş bu iki vilayətinin Rusiyaya ilhaqına yol açır.

Putin fevralın 24-də Ukraynanın işğalına başlamazdan bir gün öncə Luhansk və Donetsk vilayətləri ilə bağlı oxşar addım atıb.

Paşinyan: 'Silah üçün 100 milyonlarla dollar ödəmişik, amma göndərmirlər'
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

ABŞ və BMT sentyabrın 29-da Rusiyanın ilhaq mərasimi planlarını sərt şəkildə pisləyib.

Bundan öncə Ukraynanın dörd vilayətində Rusiyaya birləşməklə bağlı qondarma referendum keçirilib. Vilayətlərə Moskvanln təyin etdiyi məmurlar seçicilərin yekdilliklə Rusiyaya birləşməyə səs verdiyini açıqlayıb.

Reaksiyalar

ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Rusiyanın Ukrayna ərazisinə iddialarını heç vaxt tanımayacağını söyləyib. Dövlət katibi Entoni Blinken deyib ki, referendumlar “Ukraynada əlavə ərazi ələ keçirmək cəhdlərini maskalamaq üçün mənasız cəhddir”. O əlavə edib ki, nəticələr “Moskvada təşkil olunub və Ukrayna xalqının iradəsini əks etdirmir”.

Vaşinqton və Avropa İttifaqı (Aİ) Rusiyaya əlavə sanksiyalar hazırlayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Putinə telefon zəngində onu gərginliyi azaltmağa yönəlik addımlar atmağa çağırıb.

BMT-nin Baş katibi Antonio Quterreş deyib ki, anneksiya sülh perspektivlərinə təhlükə yaradacaq “təhlükəli eskalasiya”ya yol açacaq.

Onun sözlərinə görə, Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqının “hüquqi dəyəri olmayacaq və pislənilməlidir”.

“Çox sərt” cavab

İlhaqı gözlənən vilayətlər Ukraynanın ümumi ərazisinin 15 faizini təşkil edir. 2014-cü ildə ilhaq olunmuş Krım vilayəti ilə birlikdə isə işğal və ilhaq altında olan ərazi 20 faizə çatır.

Ukrayna Prezidenti Volodimir Zelenski isə sentyabrın 30-da Milli Təhlükəsizlik və Müdafiə Şurasını təcili iclasını keçirib.

Zelenski ilhaqa “çox sərt” cavab veriləcəyini deyib. O daha öncə ilhaqın sülh danışıqlarının bərpası şansını darmadağın etdiyini söyləmişdi.

“Rusiyada bir adamın bu müharibəni davam etdirmək istəməsinin bədəli odur ki, Rusiya cəmiyyəti normal iqtisadiyyatdan, layiqli həyatdan, humanitar dəyərlərə hər hansı sayqıdan məhrum olacaq”, – Zelenski sentyabrın 30-da axşam müraciətində bildirib.

Etnik azlıqlara müraciət

Zelenski başqa bir videoda Rusiyada etnik azlıqlara, xüsusilə Dağıstanda yaşayanlara müraciət edib.

“Siz Ukraynada ölməyə məcbur deyilsiz”, – Kiyevdə Dağıstan qəhrəmanının xatirə lövhəsi qarşısında danışan Zelenski deyib. O, etnik azlıqları səfərbərliyə dirəniş göstərməyə çağırıb.

Putinin qismən səfərbərlik etməsi ölkədə gərginliyi artırıb, etirazlara səbəb olub. Putin sentyabrın 29-da Milli Təhlükəsizlik Şurasının iclasında deyib ki, səfərbərlik zamanı yol verilən səhvlər düzəldilməlidir.

Onun sözlərinə görə, səhvən orduya cəlb olunanlar evlərinə qaytarılmalıdır, yalnız adekvat təlim görmüş ehtiyat qüvvələr çağrılmalıdır.

XS
SM
MD
LG