Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:21

Kreml Ermənistanı meydanda tək qoyur?


Erməni sakin: 'Camaatın, demək olar ki, 99 faizi kənddən çıxıb'
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Erməni sakin: 'Camaatın, demək olar ki, 99 faizi kənddən çıxıb'

"Rusiya nə Azərbaycanın qarşısını almağa qadirdir, nə də bunu istəyir".

Ermənistan bu il 31-ci müstəqillik gününü hər ilkindən daha sönük keçirib. Müstəqillik günü 13-14 və 28 sentyabr tarixlərində sərhəd toqquşmaları, ölkənin cənubundakı yaşayış məntəqələrini Azərbaycanın atəşə tutmasından sonraya düşdüyündən hökumət ictimai bayram tədbirlərini ləğv edib.

Azı 207 erməni və 80 Azərbaycan əsgərinin həyatını itirdiyi bu toqquşmalar 2020-ci ilin 44 günlük Qarabağ müharibəsindən sonra ən ağır toqquşmalar idi. 2020-ci ildə Azərbaycan öz ərazilərinə fokuslanırdısa, bu dəfə Ermənistanın Gorus, Qafan, Vardenis rayonlarına, Göyçənin Zod, Ardanış və Sisyanın Qızılcıq kəndinə zərbələr endirməsi ilə Ermənistanda çoxlarını şoka salıb.

Bakıdakı tıxacların günahkarı kimdir?
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Qeyri-müəyyənlik, ümidsizlik...

"Əvvəllər bunun bu qədər təhlükəli olduğunu düşünmürdüm. Ancaq indi məlum olur ki, Azərbaycan Dağlıq Qarabağla kifayətlənmir. Bu, [insana] çoxlu qeyri-müəyyənlik və ümidsizlik hissi verir”, – Yerevanın cənubunda yaşayan Sara Xocoyan deyir.

Ermənistanın yaşayış məntəqələrinin hədəfə alınması ölkənin siyasi elitasını narahat edir. Yerevan narahatdır ki, başı Ukraynada apardığı müharibəyə qarışmış ənənəvi hərbi və siyasi müttəfiqi daha ona kömək edə bilməyəcək.

13-14 sentyabr toqquşmalarından sonra Ermənistan yardım üçün üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etsə də heç bir kömək almayıb.

1990-cı illərdə, birinci Qarabağ müharibəsi dövründə Ermənistana hərbi və təchizat dəstəyi verən Rusiya münaqişədə vasitəçidən çox, Ermənistanın güclü arxası kimi çıxış edirdi. Moskva hər iki tərəfə silah satsa da, Ermənistana silahları ya ucuz satır, ya da pulsuz verirdi.

Güc balansı

Rusiyanın Ukraynaya hücumu fonunda Qafqazda geosiyasi güc balansı dəyişir. Bəzi erməni təhlilçilərin fikrincə, Azərbaycanın son hücumları Rusiyanın Ermənistanın köməyinə gəlib-gəlməyəcəyini yoxlamaq üçün bir testdir. Son toqquşmalar həqiqətən də Ermənistanın nə qədər zəif olduğunu hər iki tərəfə nümayiş etdirdi.

Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan deyir ki, bu hücumlar sadəcə Ermənistana qarşı deyildi: "Bu hücumlar Rusiyanın maraqlarına meydan oxumaqdır”.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərindən sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Nyu Yorkda Dövlət katibi Entoni Blinkenlə görüşüb sülh danışıqlarını müzakirə ediblər.

“Müharibədə heç kim köməyimizə gəlmədi”

2020-ci ildə atəşkəs Rusiyanın vasitəçiliyi ilə əldə olunmuşdusa, hazırda iki ölkə arasında dialoqu təmin etmək üçün ABŞ və Aİ, xüsusən də Avropa Dövlət və Hökumət Başçıları Şurasının Prezidenti Şarl Mişel daha çox təşəbbüs göstərir.

"Müharibədə heç kim köməyimizə gəlmədi. İndi insanlar soruşur ki, Rusiya nəyimizə lazımdır. …Bu, Azərbaycan üçün yaxşı məqamdır. ABŞ, Britaniya və İranın başları qarışıqdır”, – Yerevanda yerləşən “Qafqaz İnstitutu” adlı beyin mərkəzinin təhlilçisi Aleksandr İskandaryan deyir.

İskandaryan deyir ki, Azərbaycanın "məcburedici diplomatiyası" Ermənistanı çətin durumda qoyur: Yəni, ya tələblərimizlə razılaş, ya da yeni hücumlarla üzləş.

Azərbaycan isə son toqquşmaları Ermənistanın “provokasiyası” ilə izah edir.

Şərtlər

Həm Rusiya, həm də Aİ-nin münaqişənin həlli, o cümlədən Qarabağın gələcək statusu ilə bağlı sülh sazişləri hazırladığı bildirilir. Zəif Ermənistanın indiki durumda bu danışıqlara hansı rıçaqlarla qatılacağı aydın deyil. Azərbaycanın tələblərinə – mövcud atəşkəsin sülh sazişi ilə əvəz edilməsi və Zəngəzur dəhlizinin açılması şərtlərinə razılaşmaq Ermənistanda əhali tərəfindən müsbət qarşılanmayacaq.

"Hal-hazırda özümüzü kiçik və düşmənlər arasında sıxışdırılmış hiss edirik. Türkiyə ilə sərhədlərimiz bağlıdır, Azərbaycanla isə müharibədəyik”, – erməni jurnalist Tatev Hovhannisyan deyir.

Ermənistanda isə Azərbaycanın Zəngəzur dəhlizini zor gücü ilə ələ keçirməyə hazırlaşması ilə bağlı qorxu var. 2021-ci ilin may və noyabr aylarında Ermənistan rəsmiləri Azərbaycan silahlı qüvvələrinin Ermənistanın cənubunda 40 kvadrat kilometrlik ərazini ələ keçirdiyini bildiriblər. Azərbaycan tərəfi bu iddianı rədd edir. O zaman da Rusiya heç bir reaksiya verməmişdi.

Ermənistan rəsmiləri son toqquşmada da daha 10 kvadrat kilometr ərazinin ələ keçirildiyini deyiblər. Ancaq bu dəfə Azərbaycan bu iddianı inkar etməyib.

Laçından çıxmış erməni ailələr vətənlərində kirayə pulunu ciblərindən verirlər
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

KTMT-dən çıxmaqmı, çıxmamaqmı

KTMT-nin adət halını almış fəaliyyətsizliyinə rəğmən Ermənistanın bu qurumdan rəsmən çıxması ehtimalı çox aşağıdır. KTMT-ni tərk etmək "Rusiya tərəfindən düşmənçilik hərəkəti kimi qəbul olunardı. İran da bunu qərbyönlü jest kimi görərdi. Nəticədə Ermənistanın yeganə dost qonşusu da ondan təcrid olunardı”, – Yerevanda yerləşən Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin təsisçi direktoru Benyamin Poğosyan deyir.

KTMT-nin yanvarda Qazaxıstan rəhbərliyinə kömək üçün bu ölkəyə ordu göndərməsi, ancaq Ermənistana yardım etməməsi faktı erməniləri daha çox qəzəbləndirməyə başlayıb. KTMT-nin bütün üzvləri Qazaxıstana ordu göndərdi. Putinsə bu addımı regionda “rəngli inqilabın” qarşısının alınması adlandırdı. Nəzərə alınmalıdır ki, KTMT-nin yalnız xarici hücuma məruz qalan suveren əraziyə kömək etmək öhdəliyi var.

Asılılıq?

Rusiyanın Ermənistana dadına çatmamasının daha bir səbəbi onun Qərb sanksiyaları fonunda Türkiyə və Azərbaycandan get-gedə daha çox asılı olması ola bilər. Hətta Putinin Ukraynaya hücumundan əvvəl Azərbaycan və Rusiya prezidentləri iki ölkə arasında diplomatik və hərbi əməkdaşlığı dərinləşdirən geniş saziş imzalamışdılar.

"Qərb bunu anlamır. Azərbaycanın Rusiya ilə daha sıx əlaqələri var. Azərbaycan Rusiyanın ondan asılılığını anlayır. Rusiya Azərbaycan və Türkiyə ilə qarşıdurma istəmir. Rusiya nə Azərbaycanın qarşısını almağa qadirdir, nə də bunu istəyir”, – erməni siyasi təhlilçi Tiqran Qriqoryan deyir.

XS
SM
MD
LG