Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:25

Ermənistan Azərbaycanın 17 əsiri qaytardığını bildirir


Ermənistan Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyi

Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan ABŞ-ın vasitəşçiliyi ilə Ermənistana 17 hərbi əsiri qaytarıb

Azərbaycan oktyabrın 4-də Ermənistana 13-14 sentaybr sərhəd toqquşmaları zamanı əsir götürülmüş şəxsləri qaytarıb.

Bunu AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin nümayəndəsi Zara Amatuni deyib.

Lakin Amatuni qaytarılan əsirlərin sayı barədə heç nə deməyib.

Bununla belə Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan ABŞ-ın vasitəşçiliyi ilə Ermənistana 17 hərbi əsiri qaytarıb.

Məlumatda qaytarılan hərbçilərin siyahısı da verilib.

Azatutyun xatırladır ki, Azərbaycan sentyabr toqquşmalarından sonra onda 17 əsirin olduğunu təsdiq etmişdi.

Bir neçə həftə bundan öncə (sentyabrın 12-13-də ) Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Hər iki tərəfdən hərbi qullqçunun həlak olduğu bildirilirdi.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu döyüşlərdə onlar tərəfdən ümümuilkdə 80-ə yaxın hərbi qulluqçu həlak olub. Azərbaycan 300-ə yaxın hərbi qulluqçusunun isə yaralandığını vurğulayıb.

Ermənistan tərəfi isə 200-dən çox hərbçi itirdiklərini açıqlayıb. Rəsmi Yeravan habelə 300-ə yaxın hərbi qulluqçunun da yaralandığını, əlavə 20 civarında hərbçinin də itkin düşdüyünü bildirmişdi.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbaycan isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayıb.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Əsirlərlə davranış: Azərbaycanla Ermənistan bir-birlərini hərbi cinayətdə günahlandırırlar
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ter-Petrosyan: 'Azərbaycanla sülhə getməsək, yenidən dövlət qurmalı olacağıq'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

XS
SM
MD
LG