Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:32

ABŞ yüksək vəzifəli İran rəsmilərinə sanksiyalar elan etdi


Yədulla Cavani
Yədulla Cavani

Birləşmiş Ştatlar oktyabrın 6-da yeddi yüksək vəzifəli İran rəsmisinin üzərinə sanksiyalar elan edib

Birləşmiş Ştatlar oktyabrın 6-da yeddi yüksək vəzifəli İran rəsmisinin üzərinə sanksiyalar elan edib.

Sanksiyaların ölkədə internetə girişin bloklanmasına, 22 yaşlı gənc qadın Məhsa Əmininin ölümünə etiraz edənlərin dinc aksiyalarına qarşı davam edən zorakılığa görə elan edildiyi xəbər verilir.

Sanksiyalanan rəsmilərin arasında Tehran polisinin rəislərindən Yədulla Cavani də var.

Qeyd edilir ki, paytaxtda hicab qaydalarına nəzarət edən Bəsic qüvvələri Cavaninin tabeçiliyindədir.

Əmini sentyabrın 13-də Tehranda iddia edildiyi kimi hicab qaydasını pozduğuna görə polisə aparılmış və orada vəfat etmişdi.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, Cavanidən başqa sanksiya siyahısına daxili işlər naziri Əhməd Vahidi, kommunikasiyalar naziri Eysa Zarepur və İran kiberpolisinin pəisi Vahid Məhəmməd Nəsir Məcidin də adları daxil edilib.

Etirazların yatırılmasına cavabdeh olan rəsmi

Birləşmiş Ştatların sanksiyaları habelə İslam İnqilabı Keşçikçiləri Korpusunun rəsmisi, antihökumət etirazlarının yatırılmasına cavabdeh olan Hüseyn Nejatı hədəfləyir.

Bundan başqa sanksiyalarda iranlıların internetə girişinə kömək üçün “əlavə alətlərin” ixracına icazə lisenziyası da nəzərdə tutulub.

Sanskiaya siyahısına salınmış 7 rəsminin ABŞ-dakı aktiv və mülkiyyətləri dondurulur və ABŞ vətəndaşlarına onlarla hər hansı işbirliyi qadağan edilir.

Human Rights Watch beynəlxalq insan haqları təşkialtı İranda 18 gündür ki, davam edən etirazlarda 9 uşaq da daxil azı 154 nəfərin öldüyünü bildirir.

Amnesty International oktyabrın 6-da ölkənin cənub-şərqindəki Zahedan şəhərində azı 66 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü xəbər verir.

İran hakimiyyət orqanlarının rəsmi məlumatlarında ölü sayı bu rəqəmlərdən xeyli az göstərilir.

Birləşmiş Ştatlar bundan əvvəl sentyabrın 22-də Məhsa Əmininin ölümünə görə İran əxlaq polisinə və təhlükəsilik qüvvələrinin rəsmilərinə sanksiyalar elan etmişdi.

İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

XS
SM
MD
LG