Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:58

Lukaşenka müharibəyə qoşulur?


Aleksandr Lukaşenka
Aleksandr Lukaşenka

Alyaksandr Lukaşenka oktyabrın 10-da deyib ki, o Rusiya prezidenti Vladimir Putinlə “birgə regional qoşun qruplaşmasının yaradılması” barədə razılığa gəlib.

Bu barədə məlumatı rəsmi BelTA agentliyi Lukaşenkanın keçirdiyi təhlükəsizlik müşavirəsinə istinadla yayıb.

Onun sözlərinə görə birgə qoşunun təşkili barədə qərar MDB-nin Peterburqda keçirilən qeyri-rəsmi sammitində qəbul edilib.

Həmin sammitdə habelə Moskva və Minsk Rusiyadan Belarusa 1.5 milyard dollarlıq kreditin verilməsinə dair razılığa gəliblər.

Lukaşenka oktyabrın 10-da deyib:

"İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin kəskinləşməsi ilə bağlı RF və Belarusun birgə regional qruplaşmasının təşkili barədə qərar qəbul olunub...Əgər təhlükə indiki həddinə çatsa, biz İttifaq dövlətinin qruplaşmasını hərəkətə gətirəcəyik”.

Lukaşenkanın sözlərinə görə bu qruplaşmanın özəyini Belarus ordusu təşkil edəcək və qruplaşmanın təşkili artıq iki gündür ki, davam edir.

O habelə deyib ki, Belarusa tezliklə minlərlə Rusiya hərbçisi gətiriləcək və o Müdafiə Nazirliyinə bu adamların plana uyğun olaraq yerləşdirilməsi barədə göstəriş verib.

Rusiya-Belarus hərbi qruplaşmasının yaradılması barədə bəyanat oktyabrın 10-da Ukraynanın güclü raket atəşinə tutulmasından az sonra verilib.

“Ukrayna prezidentinə çatdırın ki...”

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib lki, Ukrayna ərazisinə atılan 83 raketdən başqa bu hücumda habelə İran istehsalı olan 40 Şahed 136 dronundan istifadə olunub. Bu dronlar Krım ərazisindən buraxılıb.

Lukaşenka dronların Belarus ərazisindən buraxılmasına dair xəbərləri təsdiq etməyib, amma yenidən Ukraynanı Belarusa hücumda ittiham edib.

Lukaşenka buna bənzər bəyanatları müharibənin başlanğıcında, yazda vermişdi.

Bu dəfə Lukaşenka Volodimir Zelenskini və Ukrayna rəhbərliyini açıq hədələyib:

"Dünən bizə qeyri-rəsmi kanallarla Ukrayna ərazisindən Belarusa zərbələr endirilməsinə dair məlumatlar daxil olub. Belə bəyanat veriblər: “Biz elə edəcəyik ki, bu, Krım körpüsü-2 olacaq”. Mənim cavabım sadə olacaq: “Ukrayna prezidentinə və əgər orda hələ qalıblarsa, başqa ağılsızlara çatdırın ki, onlar murdar əlləri ilə bizim ərazimizin bircə metrinə toxunsalar, Krım körpüsü toya getməli olacaq. Bu sizin funksiyanızdır, onu yerinə yetirin”.

Lukaşenka uzun müddət inandırmağa çalışırdı ki, Belarus Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmir və ona yalnız qoşunların keşçirilməsi üçün tranzit verib.

O bildirmişdi ki, “biz orda iştirak edirik, amma heç kimi öldürmürük”.

Lukaşenka habelə Təhlükəsizlik Şurasının sentyabnr 21-də keçirilən iclasında deçmişdi ki, səfərbərliyə ehtityac yoxdur və Belarus istənilən hücumu “dinc dövrün qoşun heyəti ilə” dəf edə bilər.

Rusiya Ukraynanın paytaxtı Kiyev, Lvov, Ternopol və Dnepr şəhərlərini raketlərlə vurur
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Minsk Ukraynanı Belarusa hücuma hazırlıqda ittiham edir, Kiyevsə təxribatlara uymamağa çağırır

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Rəsmi Minsk Ukraynanı Belarusa hücum hazırlamaqda ittiham edir. Hətta oktyabrın 8-də Ukraynanın səfiri İqor Kizim Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona diplomatik nota təqdim edilib.

Notada bildirilir ki, Ukrayna guya Belarus ərazisinə zərbə endirməyə hazırlaşır.

Ukrayna Xarici İşlər Nazirliyi isə bəyanat yayaraq, bu ittihamları Belarus rejiminin eyhamı adlandırıb. Nazirlik məlumatın həqiqətə uyğun olmadığını bildirir və Ukraynanın beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq heç vaxt xarici ərazilərə təcavüz etmədiyini vurğulayır.

Qurum həmçinin notanın səfirə verilməsinin Rusiya Federasiyasının Ukraynanı daha da nüfuzdan salmaq planının bir hissəsi ola biləcəyini istisna etmir.

Ukrayna Belarus hakimiyyətini “Kremlin şıltaqlıqlarını yerinə yetirməyi dayandırmağa”, Belarus xalqını isə təxribatlara uymamağa çağırır.

Belarusun hazırkı lideri Aleksandr Lukaşenka dəfələrlə bəyan edib ki, Belarus Rusiyanın Ukraynadakı müharibəsində iştirak etmir və iştirak etməyəcək, yalnız qaçqınları və yaralıları qəbul edir.

Lakin Belarus Rusiya qoşunları tərəfindən Ukraynaya müdaxilə üçün tramplin kimi istifadə olunur. Rusiyanın müttəfiqi kimi Belarus müharibə başlayandan sonra ABŞ, Avropa İttifaqı və digər dünya dövlətləri tərəfindən çoxsaylı sanksiyalara məruz qalıb.

Oktyabrın əvvəlində Ukrayna Silahlı Qüvvələri Milli Qvardiya və Dövlət Sərhəd Xidməti ilə birlikdə Belarusla sərhəddə hərbi təlimlər keçirib.

XS
SM
MD
LG