Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:02

Kiyev hansı raketlərlə vurulub. Xəzərdən də atıblar


Rusiya Ukraynanın paytaxtı Kiyev, Lvov, Ternopol və Dnepr şəhərlərini raketlərlə vurur
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Rusiya Ukraynanın paytaxtı Kiyev,Lvov, Ternopil və Dnepr şəhərlərini raketlərlə vurur

Ukrayna Silahlı Qüvvələri Telegram kanalında qeyd edir ki, oktyabrın 10-da ölkə ərazisinə zərbələr əsasən Qara dəniz akvatoriyasından “Kalibr”lərlə; İskander, S-300 və Tornado raketləri ilə, eləcə də Xəzər regionundan strateji bombardmançılardan buraxılmış Х101, Х555 raketləri ilə həyata keçirilib.

+++

Zelenskinin ricası ilə G7-nin təcili iclası olacaq

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Almaniya kansleri Olaf Şoltsla Böyük yeddilərin – G7 qrupunun təcili iclasının keçirilməsinə dair razılığa gəlib.

Bu iclasda Ukrayna şəhərlərinə Rusiya tərəfindən güclü raket zərbələrinin endirilməsindən sonra yaranmış vəziyyət müzakirə olunmalıdır.

Almaniya ABŞ və başqa Qərb ölkələrinin daxil olduğu G7 qrupunun rotasiyalı sədridir.

Belə görünür ki, təcili iclas oktyabrın 11-də onlayn rejimində keçiriləcək.

Bu məlumatı Almaniya höklumətinin nümayəndəsi verib.

Britaniya, ABŞ və Avropa İttifaqı Ukrayna şəhərlərinə raket zərbələrinin endirilməsini pisləyiblər.

Bu raket zərbələri mühüm infrastruktur obyektlərini sıradan çıxarıb və dinc sakinlərin ölümünə səbəb olub.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib ki, Rusiyaya qarşı yeni sanklsiyaların irəli sürülməsi məsələsinə baxılacaq.

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel isə bildirib lki, Ukraynaya əlavə hərbi yardım göstəriləcək.

ABŞ-ın Kiyevdəki səfirliyi dinc insanlar üzərinə hücumu pisləyib və Ukraynadakı Amerika vətəndaşlarını gizlənməyə və ya ölkəni tərk etməyə çağırıb.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ukraynalı həmkarı Dmitro Kuleba ilə danışıb və Rusiyanın raket zərbələrini pisləyib.

Rusiyanın raket zərbələrini habelə Avropa Parlamenti, Niderlandın baş naziri, Estoniya prezidenti, Latviya, Finlandiya və Litvanın xarici işlər nazirlikləri pisləyiblər.

Moldova XİN bildirib ki, Rusiyanın atdığı raketlərdən üçü bu ölkənin hava məkanına daxil olub.

Rusiyanın Moldovadakı səfiri XİN-ə çağrılıb və ona etiraz notası təqdim olunub.

***

Prezident Volodimir Zelenski deyir ki, Rusiya Ukraynaya hücumları qəsdən oktyabrın 10-na səhər saatlarına salıb ki, mümkün qədər çox mülki itkilərə səbəb olsun. Prezidentin sözlərinə görə, Moskva İran istehsalı olan dronlarla ölkənin enerji infrastrukturunu hədəfə alıb.

Bu gün Kiyevə və digər şəhərlərə zərbələrin Krım körpüsündə partlayışa görə intiqam tədbirləri olduğu görünür.

Kiyev
Kiyev

“Çətin səhərdir. Terrorçularla üzləşmişik”, – Zelenskinin prezident idarəsinin qarşısından videosu sosial mediada yayılıb.

“Onlarla raket və İran Şahidləri (İran istehsalı olan dronlar – red.). İki hədəfləri var. Ölkə boyunca enerji obyektləri… Panika və çaxnaşma, enerji sistemimizi dağıtmaq istəyirlər”, – Zelenski vurğulayıb.

“İkinci hədəf adamlardır. Belə bir vaxt və belə hədəflər mümkün qədər çox ziyan vurmaq üçün seçilib”, – prezident sözləyib.

Artıq Kiyevdə zərbələrdən azı 8 nəfərin həlak olduğu, 24 nəfərin yaralandığı bildirilir.

Qərbi Lvov şəhərinin elektrik və qaynar su xətləri kəsilib, bu şəhərdə elektrik obyektləri hədəfə alınıb.

Ukrayna Baş Qərargah rəisi Valeri Zalujni Twitter-də yazıb ki, Rusiya dronlar vasitəsilə Ukraynaya 75 raket atıb, onların yarıdan çoxunu havadan müdafiə sistemləri məhv edib.

+++

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün bir neçə şəhərdə partlayışlarda ölənlərin və yaralıların olduğunu təsdiqləyib.

“İndiki məqamda Kiyevdə 5 sakinin öldüyü, 12-nin yaralandığı təsdiqlənib”, – Daxili işlər nazirinin müşaviri Anton Geraşçenko Telegram kanalında yazıb.

Kiyev
Kiyev

“Onlar bizi məhv etmək, bizi yer üzündən silmək istəyirlər... Zaporojye şəhərində evdə yatanları məhv etməyə, Dnepr və Kiyevdə işə gedənləri öldürməyə çalışırlar”, – Zelenski Telegram kanalında qeyd edib.

“Ukrayna boyunca hava həyəcanı dayanmır. Raketlər atılır. Təəssüf ki, ölənlər, yaralılar var”, – prezident vurğulayıb.

Ukraynanın Müdafiə Nazirliyi zərbələrə görə qisas alacağını bildirib.

Kiyevin meri Vitali Kliçko isə paytaxtda “kritik infrastruktur”un vurulduğunu söyləyib.

+++

Oktyabrın 10-da səhər Ukrayna paytaxtı Kiyevə zərbələr endirilib, şəhərdə bir neçə partlayış baş verib. Fövqəladə xidmətlər bir neçə nəfərin öldürüldüyünü, yaralılar olduğunu bildirir.

Dnepr, Lvov, Ternopol şəhərlərində də partlayışlar xəbərləri gəlir.

Kiyevin meri Vitali Kliçko Teleqramda paytaxtın mərkəzində partlayışlar törədildiyini yazıb.

Kiyev müharibənin əvvəlində atəşə tutulurdu. Aradan xeyli keçəndən sonra Ukrayna paytaxtı yenidən raket zərbələrinə məruz qalıb.

Kiyev Dövlət Universitetinin yaxınlığında azı bir partlayış olub.

Xilasedicilər müxtəlif yerlərdə işləyir, ölən və yaralılar var, Fövqəladə Xidmətin sözçüsü Svetlana Vodolaqa deyib.

Putin Krım körpüsündə partlayışa görə Ukraynanı ittiham edir

İşğal olunmuş Krımla Rusiyanın əsas hissəsini birləşdirən körpünü dağıtmış nəhəng partlayış Ukrayna xüsusi xidmətlərinin təşkil etdiyi “terror” aktı idi. Belə bir iddiayla Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

“Buna şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturu dağıtmağı hədəfləyən terror aktı idi”, – Putin oktyabrım 9-da Kremlin Telegram kanalına yerləşdirilmiş videoda deyib. Amma o, dediklərinə sübut göstərməyib.

“Bunu Ukrayna xüsusi xidmətləri hazırlayıb, həyata keçirib və göstəriş verib”, – Putin vurğulayıb.

Yük maşını haralarda olub

Putin bu bəyanatdan öncə Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkinlə görüşüb, oktyabrın 8-də baş vermiş partlayış və yanğın üzrə təhqiqatı müzakirə edib.

19 km-lik Krım körpüsü 3.6 milyard dollara başa gəlib.

Bastrıkin iddia edib ki, Ukrayna xüsusi xidmətlərimə hücumda Rusiya və digər ölkələrin vətəndaşları kömək edib. Onun sözlərinə görə, partlayışı törətməkdə şübhəli bilinən yük maşını Bolqarıstan, Gürcüstan, Ermənistanda, Rusiyanın Şimali Osetiya və Krasnodar vilayətlərində olub.

Ukrayna bu hücuma görə məsuliyyəti götürməyib. Ancaq partlayış Ukrayna əsgərləri və dinc sakinlərində böyük mənəvi ruh yüksəkliyi aradıb, Putinin nüfuzuna aşağılayıcı zərbə vurub.

Rusiya Ukraynanın Krım vilayətini 2014-cü ildə ilhaq edib.

Kremlin sözçüsü Dmitri Peskovun sözlərimə görə, Putin oktyabrın 10-da Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

“Dövlət səviyyəsində terrorçuluq”

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın Zaporojye şəhərində mülki hədəflərə son hücumunu “dövlət səviyyəsində terrorçuluq” adlandırıb. Həmin hücumda 14 nəfər həlak olub, uşaqlar daxil olmaqla, xeyli yaralı var.

“Dövlət səviyyəsində terrorçuluq ən ağır beynəlxalq cinayətlərdən biridir”, – Zelenski oktyabrın 9-da video müraciətində deyib.

Zaporojyedəki Ukrayna rəsmiləri Rusiya qüvvələrinin şəhərə 9 raket atdığını, iki yaşayış binasında və onlarla şəxsi evdə 14 nəfərin öldüyünü, 70 nəfərin, o cümlədən 11 uşağın xəsarət aldığını bildirib.

Ermənistanda ehtiyatda olan hərbçiləri toplanışa çağırırlar
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Ötən gecə isə Zaporojye yenidən atəşə tutulub, bir yaşayış binası dağılıb, vilayət qubernatoru Oleksandr Starux oktyabrın 10-da səhər deyib.

Zaporojye AES şəhərdən cənub-qərbdə yerləşir, müharibənin əvvəlində Moskvanın əlinə keçib.

“Bu, bilərəkdən zərbə idi. Əmri verənlər və onu icra edənlər haranı vuracaqlarını bilirdilər”, – Zelenski söyləyib.

Əkshücum davam edir

Bu arada Ukrayna qüvvələrinin ölkənin cənubunda və şimal-şərqində həftələrdir gedən əkshücumunun davam etdiyi xəbər verilir.

Ukrayna cənub hərbi komandanlığının sözçüsü Nataliya Humenyuk oktyabrın 9-da deyib ki, “əkshücum başlayandan bu günəcən Xerson istiqamətində 1170 kvadrat kilometrdən çox ərazi azad olunub”.

Britaniya Müdafiə Nazirliyinin oktyabrın 10-da yaydığı məlumata görə, Ukrayna qüvvələri “həm şimal-şərq, həm də cənubda Xerson vilayətində Rusiya qüvvələrimə təzyiq yaratmaqdadır”.

Kəşfiyyat eyni zamanda Moskvanın Ukraynanın şərqinə, əsasən də Donetsk vilayətindəki Baxmut ətrafına diqqət ayırdığını, Rusiya qüvvələrinin şəhərə girməyə yaxınlaşdığını qeyd edir.

Moskva Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luhansk vilayətlərinin ilhaqını elan etsə də, Rusiya qüvvələrinin itkiləri davam edir.

XS
SM
MD
LG