Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:27

Ərdoğanla Putin sabah görüşəcək


R.T.Ərdoğan və V.Putin
R.T.Ərdoğan və V.Putin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sabah – oktyabrın 12-də Qazaxıstanda sammit çərçivəsində görüşəcək.

“AFP” və “dpa” agentlikləri Türkiyə rəsmilərinə istinadla xəbər yayıblar ki, iki prezident Astanada Asiyada Qarşılıqlı Əlaqə və Etimadyaratma Tədbirləri Konfransında görüşəcək. Kremlin sözçüsü Dmitri Peskov da bir gün öncə iki liderin Astanada “görüşə biləcəyini” demişdi.

Ərdoğanla Putin sonuncu dəfə sentyabrın ortasında Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində bir araya gəlib.

NATO üzvü Türkiyə Ukrayna və Rusiya arasında vasitəçiliyə çalışır. Fevralın 24-də Ukraynaya hücuma başlayandan Rusiya Qərbin sanksiyaları ilə üzləşib. Ankara Moskvanı hücuma görə tənqid etsə də sanksiyalara qoşulmayıb.

Ərdoğan açıq şəkildə deyib ki, Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara çəkəcəyinə ümid edir.

Putin Ukraynanın dörd vilayətinin ilhaqını elan edəndən sonra Ukrayna ilə danışıqlara “hazır” olduğunu deyib.

Zelenski isə deyib ki, Ukrayna yalnız Rusiyanın “növbəti” prezidenti ilə danışacaq, yəni, danışıqlar yalnız Putin vəzifədən gedəndən sonra baş tuta bilər.

+++

Rusiya prezidenti Vladimir Putin bu həftə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə bilər.

Bu xəbəri oktyabrın 10-da Kremlə istinadla Reuters agentliyi yayıb.

Xəbərdə deyilir ki, Rusiya və Türkiyə prezidentləri Rusiya ilə Qərb arasında danışıqlar üçün Ankaranın təklifini müzakirə edəcəklər.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Moskva Türkiyədə Qərblə Rusiya arasında danışıqların mümkünlüyü barədə heç bir siqnal almayıb.

Lakin Peskov Putinlə Ərdoğan arasında müzakirələri istisna etməyib.

Putin və Ərdoğanın bu həftə Qazaxıstana səfər edəcəkləri gözlənilir.

Lukaşenko: 'Nüvə zərbəsi də daxil, bizə qarşı yeni variantlar nəzərdən keçirilir'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Qərb və Rusiya arasında münasibətlər Moskvanın Ukraynaya müdaxiləsindən bəri gərginləşməkdə davam edir.

Krımı Rusiya ilə birləşdirən Kerç körpüsünün partladılmasının ardınca Rusiya Ukrayna şəhərlərini ağır raket atəşinə tutub.

Türkiyə həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlərini qoruyub saxlamağa çalışır.

Ankara ötən iyul ayında Ukrayna taxılının Qara dənizlə ixracına dair Rusiya ilə razılaşma əldə edə bilmişdi.

Ərdoğan sentyabr ayında Putini gərginlıiyi azaltmağa və Kiyevlə danışıqlara çağırmışdı.

ABŞ prezidenti Co Bayden oktyabrın 10-da deyib ki, Rusiyanın Ukraynaya cavab zərbələri Putinin Ukraynada apardığı müharibənin “qəddarlığını” nümayiş etdirib:

"Birləşmiş Ştatlar bugün Rusiyanın Kiyev də daxil Ukrayna boyunca raket zərbələrini pisləyir. Bu hücumlar mülkiləri öldürüb və yaralayıb, habelə hərbi məqsədlərlə əlaqəsi olmayan hədəfləri dağıdıb. Bunlar cənab Putinin Ukrayna xalqı ilə qanunsuz müharibəsinin dəhşətli qəddarlığını bir daha nümayiş etdirib”.

Baydenin bu bəyanatından sonra Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Birləşmiş Ştatları mümkün danışıqlara mane olmaqda ittiham edib:

“Biz bir daha, xüsusən də Amerika tərəfi üçün təkrar edirik: Bizim Ukraynada qarşımıza qoyduğumuz vəzifələr yerinə yetiriləcək. Rusiya diplomatiyaya açıqdır və şərtlər də məlumdur. Vaşinqton Kiyevin davakar əhvalını dəstəklədikcə və Ukrayna sabotajçılarının terrorçu hərəkətlərinə mane olmaqdansa onlara həvəsləndirdikcə, diplomatik həllərin tapılması bir o qədər çətin olacaq”.

XS
SM
MD
LG