Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:11

Yerevan Rusiya ilə Qərbin təkliflərini götür-qoy edir


Artur Ovanisyan
Artur Ovanisyan

Ermənistanda hakim parlament fraksiyasının katibi Artur Ovanisyan deyib ki, hazırda Qərbin və Rusiyanın təklifləri müzakirə olunur.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ovanisyan bu təkliflər və onların arasındakı fərqlər barədə konkret məlumat verməyib.

Azatutyun qeyd edir ki, son günlərdə Rusiya Qərbi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi danışıqlarına “balanssız yanaşmada” ittiham edib.

Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib ki, Avropa İttifaqı nəyin bahasına olursa olsun Azərbaycan-Ermənistan tənzimləməsinə “soxulmağa” can atır.

“Qərb tərəfdən də təkliflər var, Rusiya tərəfindən də...”

Ermənistan Milli Məclisində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovanisyan oktyabrın 12-də deyib:

“Qərb tərəfdən də təkliflər var, Rusiya tərəfindən də...Mən hesab etmirəm ki, bunun detallarına varmağa ehtiyac var. Çünki xarici işlər nazirlərinin görüşləri planlaşdırılıb, yəni hələ kağız üzərində olmayan söhbətlər var. Odur ki, mən danışıqların nyuansları barədə indi danışmağı məqsədəuyğun hesab etmirəm. Düşünürən ki, ən azı diplomatiya baxımından bu səhv olardı. Amma mən əminliklə deyə bilərəm ki, bizim rusiyalı partnyorlarımızın və qərbli partnyorlarımızın təkliflərinə münasibətimiz eynidir. Yəni bizim qırmızı xəttimiz Ermənistan Respublikasının ərazi bütövlüyüdür. Bu, hər hansı eksterritorial yolların müzakirəsini istisna edir. Biz hansı tərəflə daha effektiv həll tapacağıq? Əlbəttə biz açığıq, işləyirik, konstruktivik və sərhədlərimiz ətrafındakı situasiyanı mümkün qədər tez tənzimləməyə çalışırıq”.

Ovanisyan bunu da bildirib ki, Cenevrə danışıqlarında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması tapşırılsa da, hələ ortalıqda mətn yoxdur.

Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

“Genişləndirilmiş elementlər”

Deputat bildirib ki, bu barədə razılaşdırılmış detallar var və bunlar müzakirə olunur.

Ovanisyan detalların nədən ibarət olduğunu açmayıb.

O bildirib ki, hazırda Azərbaycan və Ermənistanın beynəlxalq partnyorların təkliflərinə münasibəti müzakirə olunur:

“Hazırda biz beynəlxalq partyorlarımızın təkliflərini müzakirə edirik. Təbii ki, bu kontekstdə bizim təkliflərimiz və Azərbaycanın təklifləri də müzakirə olunur”.

Ermənistan-Azərbaycan sərhədində avropalı müşahidəçilər: Yerevanda bunu öz uğurları sayırlar
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Azatutyun yazır ki, Erməni tərəfi öz təkliflərinin nədən ibarət olduğunu bildirməsə də, Azərbaycan Yerevana “sülh müqaviləsinin genişləndirilmiş elementlərinin” təqdim olunduğunu bildirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Ermənistan tərəfi bu təkliflərlə tanış olmaq üçün vaxt istəyib.

Bayramovun sözlərinə görə “genişləndirilmiş elementlər” Azərbaycan tərəfinin sülh müqaviləsi üçün təklif etdiyi beş prinsipi tamamlayır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb.

Son 2 ildə atəşkəs bir neçə dəfə pozulub, hər iki tərəf itki verib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG