Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:52

Paşinyan: Yollar məsələsini Azərbaycan Ermənistanla danışmalıdır


Ermənistan Azərbaycanla razılığa gəldiyi təqdirdə yeni yolların tikintisinə hazırdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Twitter-də yazıb:

“9 noyabr bəyanatına görə Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yol tikmək üçün birtərəfli qaydada götürdüyü öhdəlik varmı? YOX! Bu, Ermənistan və Azərbaycan arasında razılaşma nəticəsində baş verə bilərmi? BƏLİ! Ermənistan bunu öz qanunvericiliyi əsasında etməyə hazırdır. Buna görə Azərbaycanın müsbət cavabı lazımdır”.

Paşinyan bundan əvvəl yazdığı üç başqa tvitdə vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında Ermənistan ərazisindən keçən hər hansı dəhliz nəzərdə tutulmayıb:

“Kimsə 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında Ermənistan ərazisindən keçən “dəhliz” barədə nəsə tapa bilərmi? Bəli, bu Dağlıq Qarabağa gedən Laçın dəhlizidir. Orda yalnız bundan söhbət gedir. Heç kim Ermənistanı öhdəliklərindən yayınmaqda ittiham edə bilməz”.

Keçmiş erməni əsgərlər müharibənin acılarından danışırlar
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Ermənistan baş naziri daha sonra yazıb:

“Təkrar edirəm, götürülmüş öhdəlikləri icra etmək və regionun kompleks blokdan çıxarılması nəticəsində yaranan imkanlar üzərində işləmək üçün üç buraxılış məntəqəsi açmağa hazırıq”.

Azatutyun xatıladır ki, bir neçə gün bundan əvvəl Bakı Yerevanın sərhəd buraxılış məntəqələri açmaq təklifini “qeyri-real” adlandırmışdı.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə demişdi ki, Bakı Yerevandan “Laçın dəhlizi”nin nümunəsində “Zəngəzur dəhlizi”nin açılmasını tələb edir.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu da bildirmişdi ki, Laçın və Zəngəzur dəhlizləri eyni statusa malik olmalıdır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qobustanın qədim kəndi: turizm potensialı var, avtobusu yox...
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Sözü gedən dəhliz Laçın şəhərindən keçdiyinə görə, 2 il əvvəl rayon Azərbaycana təhvil verilsə də, şəhərə yaxın günlərə qədər Rusiya silahlı qüvvələri nəzərət edib.

Azərbaycan Laçın şəhərindən yan keçən alternativ yolu sentyabrın əvvəllərində başa çatdırıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG