Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:43

Azərbaycan şahmatı tarixində ilk dəfə bir dünya çempionatında iki qızıl  


Şahmat turniri
Şahmat turniri

Oktyabrın 22-də İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında (20 yaşa qədər) dünya çempionatı sona çatıb.

Qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu - XI turda Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə görüşüb. Oyun qazaxıstanlı şahmatçının qələbəsi ilə yekunlaşıb. Çempionluğu bir tur əvvəl təmin edən Gövhər Beydullayeva üçün bu görüş formal xarakter daşıyıb.

Azərbaycan başqa təmsilçisi Ləman Hacıyeva isə son turda Sloveniyalı Ur Zalaya uduzub və çempionatı 7 xalla 10-cu sırada başa vurub.

Kişilərin yarışında da son tur oynanılıb. Hesabat turunda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Tərəflər sülhə razılaşıblar. Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlınınkı isə 7,5-ə çatıb. Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə, Abdulla Qədimbəyli dünya çempionu olub.

Azərbaycan şahmatı tarixində ilk dəfə bir dünya çempionatında iki qızıl medal bu ölkəyə gəlir.
Dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Reqlamentə görə xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır.
İtaliyanın Sardiniya şəhərində şahmat üzrə gənclər arasında dünya çempionatı oktyabrın 11-də start götürmüşdü. Yarışda Azərbaycanı 4 şahmatçı təmsil edirdi. Bunlar Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Gövhər Beydullayeva və Ləman Hacıyeva idi.

XS
SM
MD
LG