Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:57

'Bellingcat' güllələnmə videosu haqda araşdırmasını açıqladı


Əsirlərin güllələndiyi iddia edilən görüntü
Əsirlərin güllələndiyi iddia edilən görüntü

Araşdırma qrupu deyir ki, videonun harada çəkildiyi ilə bağlı ipucunu Twitter-də tapıblar.

Açıq mənbələr əsasında təhqiqatlar aparan Bellingcat araşdırma qrupu oktyabrın 1-də sosial şəbəkələrdə yayılan və Azərbaycan əsgərlərinin erməni əsirləri güllələdiyi iddia edilən video haqda öyrənə bildiklərini açıqlayıb.

Bellingcat bildirir ki, video Ermənistan-Azərbaycan sərhədi ərazisində - Qaragöl yaxınlığında çəkilib.

Keçmiş erməni əsgərlər müharibənin acılarından danışırlar
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Araşdırma qrupu deyir ki, videonun harada çəkildiyi ilə bağlı ipucunu Twitter-də tapıblar.

Belə ki, ordakı bəzi hesablarda videoda görünən qayalıq məkanla bağlı məlumatlar olub.

Bundan sonra Bellingcat Google Earth Pro, ,Google Maps və PeakVisor vasitəsilə həmin məkanın yerləşdiyi dağ silsiləsini müəyyənləşdirib.

Peyk görüntülərində artilleriya zərbələrinin relyefdə qoyduğu izlər görünüb.

Video oktyabrın 1-də yayılsa da, şəkillər sentyabrın 13-də sosial şəbəkələdə paylaşılıb.

Bu isə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında güclü toqquşma baş verdiyi vaxta təsadüf edir.

Bellingcat bildirir ki, bütün məlumatlar əsasında güllələnmə videosunun sentyabrın 13-də sübh tezdən çəkildiyi müəyyən edilib.

Araşdırma qrupu erməni əsgərləri güllələyənlərin azərbaycanca danışdıqlarını, Azərbaycan ordusunda istifadə edilən silahlar daşıdığını, Türkiyədə buraxılsa da, Azərbaycan ordusunda geyinilən hərbi geyimdə olduqlarını müəyyən edib.

Human Right Watch beynəlxalq insan haqları qrupu da videoda 7 erməni əsgərin güllələndiyini bildirib.

Həm Human Right Watch, həm də Ermənistan hökuməti Azərbaycanı müharibə cinayəti törətməkdə günahlandrıb.

Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu həmin video yayılandan sonra bildirmişdi ki, təhqiqat başlanıb, kiminsə günahı olduğu aydınlaşsa, məsuliyyətə cəlb ediləcək.

Son günlər sosial şəbəkələrdə erməni əsirlərin güllələndiyi, Azərbaycan əsgərlərinin meyitlərinin təhqir olunduğu deyilən videolar beynəlxalq səviyyədə də reaksiya doğurub.

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi elçisi Toyvo Klaar bu günlərdə azərbaycanlılara qarşı da hərbi cinayətlər törədildiyi iddia olunan bir neçə video aldığını bildirib. Deyib ki, həmin videolar da araşdırılmalıdır.

XS
SM
MD
LG