Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:03

Rusiya Xersonda nə etmək istəyir?


Xersonun işğal adminsitarsiyası əhalinin evakuasiya olunduğu bildirib
Xersonun işğal adminsitarsiyası əhalinin evakuasiya olunduğu bildirib

Ukrayna kəşfiyyatının rəhbəri Kirilo Budanov deyib ki, Rusiya Ukraynanın cənubundakı Xerson şəhərinə çox sayda qüvvə gətirir və ehtimalən şəhərin müdafiəsinə hazırlaşır

Rusiya Ukraynanın guya öz ərazisində “çirkli bombadan” istifadə etməyə hazırlaşdığına dair bir daha xəbərdarlıq edib.

Reuters bildirir ki, Rusiya bu məsələnin oktyabrın 25-də BMT Təhlükəsizlik Şurasında müzakirə olunmasını tələb edib.

Kiyev və Qərb Rusiyanın bu iddialarını “saxta” adlandırıblar.

Buna baxmayaraq Rusiya BMT-yə öz iddialarını təfərrüatlı şəkildə izah edən məktub göndərib.

Diplomatlar bildirirlər ki, Rusiya bu məsələnin BMT TŞ-nin qapalı iclasında müzakirə olunmasını istəyir.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya BMT-nin baş katibi Antonio Quterreşə deyib ki, Moskva Kiyevin çirkli bombadan istifadəsini “nüvə teroru aktı” kimi qiymətləndirəcək.

Qərb inanmır

Ukrayna prezidenti Volodomir Zelenski deyib ki, Moskvanın bu ittihamları dəfələrlə Ukraynada nüvə silahından istifadə edəcəyi ilə hədələmiş Rusiyanın özünün belə bir hücuma hazırlaşdığını göstərir.

Reuters yazır ki, Ukrayna qüvvələrinin Xerson şəhəri istiqamətində irəlilədiyi bir vaxtda Rusiya rəsmiləri Qərbdəki həmkarlarına zəng edərək sözü gedən xəbərdarlığı təkrar ediblər.

Fransa, Britaniya və Birləşmiş Ştatlar bildiriblər ki, Rusiyanın iddiaları “aşkar şəkildə saxtadır” və Vaşinqton Rusiyaya onun hər hansı nüvə silahından istifadəsinin ağır nəticələri olacağına dair xəbərdarlıq edib.

Kiyev BMT-ni Rusiyanın iddialarını yoxlamağa dəvət edib

Bununla belə ABŞ bildirir ki, Rusiyanın nüvə silahından istifadəyə hazırlaşığını göstərən əlamətlər yoxdur.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bu barədə deyib:

"İstər çirkli bombadan, istərsə də nüvə silahından istifadə edəcəyi təqdirdə bunun Rusiya üçün nəticələri olacaq. Biz hələki Rusiyanın nüvə silahlarından istifadəyə hazırlaşmasının əlamətlərini görməməkdə davam edirik”.

Rusiyanın müdafiə naziri bildirib ki, Ukraynanın çirkli bombadan istifadə etməsindən məqsəd bunun ardınca Rusiyanı radioaktiv zəhərlənmədə ittiham etməkdir.

Rusiya bildirir ki, onun Ukraynadakı qoşunları artıq radioaktiv zəhərlənmə şəraitində yaşamaq hazırlığı görürlər.

BMT yoxlayacaq

BMT-nin nüvə gözətçisi - Beynəlxalq Atom Energetikası Agentliyi bildirib ki, Rusiyanın iddiaları ilə bağlı Ukraynada iki qeyri-müəyyən əraziyə müfəttişlərini göndərir.

Bunu BMT-dən Kiyev rica edib.

Rusiyanın RIA dövlət xəbər agentliyi bildirib ki, Rusiyanın Ukraynada çirkli bomba hazırlanmasından şübhələndiyi iki yer var.

Bunlardan biri Dnepropetrovsk regionundakı Şərqi Mineral Zənginləşdirmə Zavodu, digəri isə Kiyevdəki Nüvə Tədqiqatları İnstitutudur.

İranın Tehran, Həmədan, Şiraz və digər şəhərlərində etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Rusiya Xersonda yanlış təsəvvür yaratmağa çalışır

Bu arada BBC Ukrayna kəşfiyyatının başçısına istinadla xəbər verir ki, Rusiya Ukraynanın cənubundakı Xerson şəhərinə çox sayda qüvvə gətirir və ehtimalən şəhərin müdafiəsinə hazırlaşır.

Ukrayna bundan əvvəl bildirmişdi ki, bəzi Rusiya hərbi birləşmələri Xersonu tərk edir.

Xerson Rusiyanın Ukraynada ələ keçirdiyi yeganə böyük şəhər və vilayət mərkəzidir, lakin son vaxtlar Ukryana qoşunları cənub istiqamətində irəliləməkdə davam edir.

Rusiya rəsmiləri bildiriblər ki, bu ərazidəki minlərlə sakin evakuasiya olunur.

Ukrayna kəşfiyyatının rəhbəri Kirilo Budanov bunu Rusiyanın “informasiya əməliyyatı” adlandırıb.

O bildirib ki, Moskva burada “artıq hər şeyin itirildiyinə” dair çaşdırıcı təsəvvür yaratmağa çalışır.

Budanov bildirib ki, Rusiya Xersona çox sayda qoşun gətirib və küçələri müdafiəyə hazırlayır.

Onun sözlərinə görə sakinlərin evakuasiyasına dair şayiələr şəhərin Ukrayna qüvvələrinin əlinə keçəcəyi təqdirdə pərtliyi gizlətmək məqsədi güdür.

Çıxıb getməyə hazırlaşmırlar

Bundan əvvəl Kiyev əminliklə bildirirdi ki, Rusiya qüvvələri Xersonu tərk etməkdədir.

Budanov deyib ki, onlar hazırda çıxıb getməyə hazırlaşmırlar.

BBC bildirir ki, bu məlumatları müstəqil şəkildə yoxlaya bilmir.

Ukrayna qoşunları oktyabrın əvvəllərindən bəri Xerson vilayətində irəliləyir. Ukrayna qüvvələri bu müddət ərzində ümumi əhali sayı 12 min nəfər olan 90 kənd azad edib.

Oktyabrın 24-də Xersonda Rusiyanın təyin etdiyi işğal administrasiyası bildirib ki, bölgədə xalq müdafiə dəstələri təşkil olunur.

Lakin Ukraynanın Odessa şəhərindəki hərbi sözçüsü Serhiy Bratçuk deyib ki, bu, Xersonda yerli sakinlərin Rusiya ordusuna üstüörtülü səfərbərliyidir.

Xersonun itirilməsi Moskva və Putin üçün ağır zərbə olardı.

XS
SM
MD
LG