Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:32

Rusiyada ağır cinayət törədənlərin səfərbərliyinə icazə verilir


Rusiyanın Cinayət Məcəlləsinə görə 5 ildən artıq müddətdə həbsxana cəzası tələb edən cinayətlər ağır cinayətlər sayılır

Rusiyada Dövlət Duması ağır cinayətə görə məhkumluğu ləğv olunmamış şəxslərin hərbi xidmətə çağırılmasına qoyulmuş qadağanı qaldıran qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib.

Rusiyanın Cinayət Məcəlləsinə görə 5 ildən artıq müddətdə həbsxana cəzası tələb edən cinayətlər ağır cinayətlər sayılır.

Beləliklə də Rusiya millət vəkilləri qarət və narkotik alverinə görə məhkumluq çəkənlərin də müharibəyə göndərilməsinə yaşıl işıq yandırıblar.

Yeni qanun azyaşlılara qarşı cinsi təcavüzə görə, habelə terror və ekstremizm maddələri ilə məhkum edilənlərin hərbi xidmətinə qadağanı qüvvədə saxlayır.

Bundan başqa yeni qanuna görə girov götürməyə, qanunsuz hərbi birləşmələrdə, Rusiyanın maraqlarına zidd məqsədlər güdən hərbi münaqişələrdə və hərbi əməliyyatlarda iştiraka görə məhkum edilənlərin qadağanı da olduğu kimi saxlanır.

Bununla yanaşı hərbi xidmətə qarşı ağır cinayətlərə, o cümlədən fərarilik və əmrin yerinə yetirilməməsi kimi əməllərə görə məhkum edilənlər cəzalarını cəkdikdən sonra müharibəyə səfərbər edilə bilərlər.

Qanunu onsuz da pozurdular

İnsan haqları təşkilatları bildirilər ki, Rusiyada hərbi komissarlıqlar ağır cinayətlər törətmiş şəxsləri hərbi xidmətə göndərməklə onsuz da bu qadağanı pozurdular.

Rusiya koloniyalarında məhkumların səfərbərliyi ilə Wagner özəl hərbi şirkəti məşğul olur.

Müharibədə iştirak etməyə razılıq verən məhkumlar azı altı ay ön cəbhədə olmalıdırlar.

Onlar cəbhədə geri çəkilməyə və ya əsir düşməyə görə güllələnə də bilərlər.

Putinin tərəfdarı Ermənistana niyə buraxılmadı?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

6 ay müddətində sağ qalanlara məhkumluqlarının ləğvi vəd olunur.

Rusiya mediası xəbər verir ki, sentyabr ayına olan məlumata görə özəl hərbi şirkət 6 min məhkumu müharibəyə aparıb.

XS
SM
MD
LG