Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:58

Putin yenə də Qərbi qorxudur, dialoq gözləyir, SSRİ-ni yada salır


Putin bildirib ki, Rusiya dəfələrlə aparıcı Qərb dövlətləri və NATO ilə münasibətlər qurmağa çalışıb, amma hər dəfə rədd edilib

“Dünya tarixi hüduddadır və qarşıdan II Dünya Müharibəsindən bəri ən təhlükəli və ən mühüm onillik gəlir”.

Bunu Rusiya prezidenti Vladimir Putin oktyabrın 27-də Valday beynəlxalq diskussiya klubunun plenar sessiyasında etdiyi çıxışda deyib.

Bundan əvvəl onun sözçüsü Dmitri Peskov demişdi ki, Putinin bu çıxışını gələcəkdə dönə-dönə oxuyacaqlar.

Putinin tərəfdarı Ermənistana niyə buraxılmadı?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Putin çıxışına Qərb ölkələrini tənqid etməklə başlayıb.

O deyib ki, bütün fərqlərin bəsitləşdirilməsi və silinməsi Qərbin mahiyyətinə çevrilib:

"Liberal ideologiya tanınmayacaq dərəcədə dəyişib. İstənilən alternativ baxış və ya tənqid təbliğat və Kremlin əməlləri elan edilir”.

Putinin fikrincə Qərb bütün insanları ikinci növ, özünü isə müstəsna hesab edir.

O əlavə edib ki, Qərb ölkələrinin hərəkətləri “Ukraynada 2014-cü ilin faciəli hadisələri ilə nəticələnib”.

“Çox təhlükəli, qanlı və çirkin geosiyasi oyun”

Putin bildirib ki, Rusiya dəfələrlə aparıcı Qərb dövlətləri və NATO ilə münasibətlər qurmağa çalışıb, amma hər dəfə rədd edilib.

O deyib ki, Rusiya Qərb elitalarına meydan oxumur, sadəcə olaraq özünün mövcudluq haqqını müdafiə edir:

"Qərbin dünya işlərində şəriksiz hegemonluq zamanı başa çatır”.

Putin bu çıxışında da SSRİ-nin dağılmasından söz salıb və deyib ki, “bununla da dünyanın balansı məhv edilib”.

O bundan əvvəl Sovet İttifaqının dağılmasını “20-ci əsrin ən böyük geosiyasi fəlakəti” adlandırmışdı.

Vladimir Putin deyib ki, Qərb “çox təhlükəli, qanlı və çirkin” geosiyasi oyun oynayır, amma Birləşmiş Ştatlar və onun müttəfiqləri əvvəl-axır Rusiya ilə danışmalı olacaqlar.

O əlavə edib ki, “külək səpən axırda fırtına yetişdirər”:

"Mən həmişə sağlam düşüncəyə inanmışam və inanıram ki, gec ya tez çoxqütblü dünyanın yeni güc mərkəzləri yaranacaq və Qərb ortaq gələcəyimiz barədə bərəbərtərəfli söhbətə başlayacaq. Bu nə qədər tez olsa, bir o o qədər yaxşıdır”.

“Biz başqalarının hasarına dırmanmırıq”

Reuters agentliyinin yazdığına görə Putin deyib ki, müstəmləkəçilik Qərbin gözlərini kor edib və o Ukraynadakı münaqişəni qızışdırıb və indi də qlobal hegemonluğunu təmin etmək üçün Tayvan ətrafında böhran yaradır”.

Rusiya yazıçısı Aleksandr Soljenitsının 1978-ci ildə Harvard Universitetində oxuduğu mühazirədən sitat gətirən Putin deyib ki, Qərb aşkar irqçidir və dünyanın başqa xalqlarına yuxarıdan aşağı baxır:

"Yenilməzliyinə aşırı əminlik çox təhlükəli bir haldır”.

Fevralın 24-də Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəyə başlayan Putin deyib ki, Rusiya heç vaxt Qərbin diqtəsi ilə hərəkət etməyəcək:

“Qərbdən fərqli olaraq biz başqalarının hasarına dırmaşmırıq”.

XS
SM
MD
LG