Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:24

Paşinyan: Ermənistan Rusiyanın təkliflərinə razıdır


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır. Bunu Twitter-də Ermənistanın Baş naziri Nikol Paşinyan yazıb.

"Ermənistan sentyabrın əvvəlində Azərbaycanla dövlətlərarası münasibətlərin Rusiyanın təklif etdiyi baza prinsipləri və parametrləri əsasında qurulması üzərində işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik, Rusiya öz təkliflərini dəstəkləyəcək", – Paşinyan qeyd edib.

Baş nazir Rusiyanın təkliflərinin nədən ibarət olduğunu açıqlamayıb.

Paşinyan oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə bir araya gəlməlidir.

Putin oktyabrın 27-də Valday diskussiya klubunda deyib ki, Rusiya Ermənistana Azərbaycanla sülh müqaviləsi barədə nəyisə diktə etmir və etməyə də hazırlaşmır. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin "Vaşinqton variantı" Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur. Ancaq əgər "erməni xalqı, rəhbərliyi hesab edirlərsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Sözsüz ki, bunu Azərbaycanla razılaşdırmaq lazımdır ki, razılaşmalar digər tərəf üçün də məqbul olsun".

Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya edilməyib.

Son vaxtlar hər iki tərəf sülh sazişinin ilin sonunadək imzalana biləcəyini istisna etmir.

XS
SM
MD
LG