Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:08

Bayramov üçtərəfli görüş üçün Vaşinqtona gedib


Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan  xarici işlər naziri Ararat Mirzoyanın bundan əvvəlki görüşü
Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan  xarici işlər naziri Ararat Mirzoyanın bundan əvvəlki görüşü

Dünən, noyabrın 6-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ paytaxtı Vaşinqtona səfəri başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) noyabrın 7-də yaydığı məlumata görə, səfər çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenin (Antony Blinken) təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşün keçirilməsi nəzərdə tutulub.

Vaşinqtonda Azərbaycan və Ermənistan nazirlərinin yeni görüşü gözlənir

Bir neçə gün sonra Vaşinqtonda Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Katibi Blinken, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilə bilər.

Bu barədə noyabrın 3-də Yerevanda keçirilən mətbuat konfransında Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bildirib:

"Ermənistan-Azərbaycan danışıqlarının konstruktiv davam etməsində və bu danışıqların konkret nəticələri olmasında maraqlı olan müxtəlif mərkəzlər var. Bir neçə gün əvvəl Soçidə Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinin üçtərəfli görüşü keçirilib, bir neçə gün sonra Vaşinqtonda mən, Bayramov və Blinken arasında görüş keçiriləcək".

Azərbaycan da təsdiq edir

Eyni məlumatı Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) də təsdiq ediblər.

“Həqiqətən də yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.”,Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib”.

Soçi görüşü

Bundan öncə, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilib.

Görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin demişdi ki, görüş çox faydalı olub:

"Məncə, bu görüş bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı".

Lakin Rusiya prezidenti vurğulayıb ki, razılaşdırılmayan məsələlər də olub .

Bununla belə, tərəflər üçtərəfli görüşün yekunları ilə bağlı bəyanat (sayca dördüncü) qəbul ediblər, bundan əvvəlki üç bəyanatın (9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021) icrasına sadiq olduqlarını bildiriblər.

Bəyanatda Rusiya sülhməramlı kontingentinin Qarabağda təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsi qeyd edilib.

Amma ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı.

Gürcüstan və Ermənistan Azərbaycandan öndə
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi.

Həmin görüşdən sonra da Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verdi.

Üstəlik, bu ara ( sentyabrda) ABŞ-ın vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində də iki ölkə rəsmilərinin görüşü olmuşdu.

Ermənistanda itkin düşmüş 29 əsgərin yaxınları cavab gözləyirlər
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

2021-ci ildə isə tərəflər bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpasının vacib sayıldığı daha iki bəyanat qəbul etmişdilər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG