Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:21

Aksiyada saxlanan cəbhəçiyə işgəncə verildiyi deyilir


Bakıda etiraz. 11 noyabr 2022
Bakıda etiraz. 11 noyabr 2022

Ötən həftə, noyabrın 11-də Bakının mərkəzində keçirilən etiraz aksiyası zamanı saxlanan, daha sonra isə 30 sutka inzibati qaydada həbs olunmuş AXCP üzvü Rövşən Məmmədovun işgəncəyə məruz qaldığı deyilir.

Bu barədə AXCP-dən məlumat verilib. Bildirilib ki, R.Məmmədov saxlanarkən və elə noyabrın 11-də Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsində fiziki, psixoloji təzyiqə məruz qalıb, bir neçə saat ərzində döyülüb: "Aldığı xəsarətlərdən səhhətində problem yaranıb, ağrılardan əziyyət çəkir".

Məlumata görə, bununla bağlı o, prokurorluğa şikayət verib.

DİN təkzib edir

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə bu məlumatı təkzib edib. DİN rəsmisi "Turan"a bildirib ki, R.Məmmədovun iddiaları əsassızdır: "Onun səsləndirdiyi iddialar müəyyən siyasi məqsədlərə hesablanan fikirlərdir ki, bu, həqiqətlə üst-üstə düşmür. Hər bir halda həmin şəxs "Təhlükəsiz Şəhər" kameraları, jurnalistlərin gözü qarşısında saxlanıb və aidiyyəti üzrə polis bölməsinə gətirilərək barəsində qanuna müvafiq tədbirlərin görülməsi təmin edilib. Onun bölmədə hər hansı formada təzyiqə məruz qalması ilə bağlı iddialar heç bir fakta əsaslanmır".

İlham Əliyevə istefa şüarları- Bakıda etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Aksiyada saxlanan cəbhəçiyə 30 sutka verilib

Noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) etiraz aksiyası zamanı saxlanan Rövşən Məmmədova 30 sutka inzibati həbs cəzası verilib.

AXCP-dən verilən məlumata görə, o, aksiya zamanı polis maşının şüşəsini qırmaqda ittiham olunaraq saxlanmışdı: "Rövşən bəy maşına mindiriləndə şüşə artıq qırıq idi. Onu şərləyib 30 sutka həbs ediblər".

Bu məlumata, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən aksiya günü bildirilmişdi ki, iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.

Bir nəfərdən başqa bütün saxlananlar buraxılıb

AXCP-dən bildirilib ki, noyabrın 11-də etiraz aksiyası zamanı saxlanılan şəxslərin biri istisna olunmaqla hamısı sərbəst buraxılıb.

Buraxılmayan şəxsin AXCP Salyan rayon təşkilatının üzvü Rövşən Məmmədov olduğu deyilir. Onun polis maşınının şüşəsini sındırmaqda günahlandırıldığı bildirilir.

+++

Aksiyanın monitorinqini aparan "Müdafiə Xətti" hüquq müdafiə təşkilatından 150-ə yaxın şəxsin saxlandığı bildirilib. Onların sözlərinə görə, aksiya iştirakçılarından bəzilərinə zorakılıq göstərilib.

Təşkilatçılar bildirirlər ki, hazırda aksiyada saxlananların dəqiq sayını müəyyən etməyə çalışırlar.

Onlar vurğulayırlar ki, ilkin məlumata görə, 100 civarında fəal saxlanıb. Təşkilatçıların sözlərinə görə, saxlananların bir çoxu səhər saatlarında evlərindən aparılıblar.

Amma bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

+++

Saat 16:20 radələrində də bir neçə qrup şəklində insanlar etiraz aksiyasına cəhdləri davam etdiriblər. Onlar "azadlıq", "istefa", "ailə hakimiyyətinə son" və başqa şüarlar səsləndiriblər. Polis onların qarşısını kəsib, irəliləmələrinə imkan verməyib, saxlayaraq avtobuslara mindiriblər.

Avtobusların hara getdiyini dəqiqləşdirmək mümkün olmayıb.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq cəhdi alınmayıb. Amma bundan əvvəl DİN-in Mətbuat xidmətindən demişdilər ki, aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmadığından ona icazə verilməyəcək.

Avtobuslarda da şüarlar səsləndirilir

Saat 15:55 radələrində Bakının mərkəzində insanlar bir neçə qrup şəkilində yürüş keçirməyə cəhd edib. Onlar "azadlıq" və başqa şüarlar səsləndiriblər. Aksiya iştirakçılarının qarşısı alınıb, onlar saxlanaraq avtobusa mindiriliblər. Avtobuslarda belə şüarlar səsləndiriblər.

+++

Bu gün, noyabrın 11-də günorta saatlarından sonra Bakının mərkəzi ərazilərində bir neçə şəxsi polislər saxlayıb. Onlar saxlanarkən sərbəst toplaşmaq azadlığı və başqa məsələlərlə bağlı tələblər səsləndiriblər. Həmin şəxslər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) etiraz aksiyasına gəldiklərini söyləyiblər. Saat 15:50 radələrinə qədər 10-a yaxın şəxsi polis saxlayaraq aparıb.

Saxlananlardan bir gənc deyib ki, Qarabağ döyüşlərində iştirak edib. Onun sözlərinə görə, döyüşdən qayıdandan sonra işini itirib: "Gəlmişəm bu aksiyaya ki, haqqımı tələb edəm".

AXCP sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə aksiya keçirəcəyini açıqlayıb. Amma aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Aparatı ilə razılaşdırılmayıb. Aparatdan təşkilatçılara verilən cavaba görə, piket üçün göstərilən ərazi təhsil müəssisələrinin, metro çıxışı və nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan həmin aksiyanın keçirilməsini məqsədəuyğun saymırlar.

XS
SM
MD
LG