Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:25

Ərdoğan Zelenski və Putinlə danışıb


Rəcəb Tayyib Ərdoğan (solda) və Vladimir Putin, arxiv fotosu
Rəcəb Tayyib Ərdoğan (solda) və Vladimir Putin, arxiv fotosu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə ayrı-ayrılıqda telefon söhbətlərində Rusiyanın Ukraynanı işğal etməsini, bununla əlaqədar taxıl və enerji məsələlərini müzakirə edib.

Əvvəlcə Rusiya Prezidenti Vladimir Putinlə danışan Ərdoğan “Rusiya-Ukrayna müharibəsinin mümkün qədər tez bitməsilə bağlı səmimi arzusunu dilə gətirib”, – Türkiyə Prezident administrasiyası dekabrın 11-də bildirib.

Zelenskinin təşəkkürü

Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətdə Ərdoğan deyib ki, “Ukrayna xalqının qarşıdan gələn sərt qış günlərində humanitar yardıma ehtiyacını qarşılamaq üçün işlər davam edir”.

Türkiyə liderilə söhbətdən sonra Zelenski Telegram-da Türkiyəyə “ukraynalı uşaqlara sığınacaq verdiyi, şəhərlərimizi yüzlərlə generatorlar təmin etdiyi üçün” təşəkkür edib.

O, Türkiyənin “Ukraynadan Taxıl” təşəbbüsünə dəstəyini qeyd edib, “gələcək işləri, taxıl dəhlizinin mümkün gebnişlənməsini müzakirə etdik”, deyə sözlərinə əlavə edib.

Ərdoğan NATO üzvü ölkəsilə müharibə edən Ukrayna və Rusiya arasında kommunikasiya xətlərini açıq saxlamağa çalışır. O, Ukrayna taxılının dünya bazarlarına, özəlliklə Afrikanın yoxsul ölkələrinə çatdırılması üçün BMT sazişinin əldə olunmasına vasitəçilik edib.

Aİ-nin narahatlığı

Ukrayna dünyada aparıcı buğda və digər taxıl məhsulları ixracatçısıdır. Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayanda ixrac əsasən kəsilmişdi.

Bir neçə aylıq fasilədən sonra BMT və Türkiyə iyulda Moskva və Kiyevlə saziş əldə etdi, Ukraynanın Qara dəniz limanlarından taxıl gəmiləri yola çıxdı.

Bu arada Avropa İttifaqı (Aİ) müharibəyə və Qərbin Moskvaya sərt sanksiyalarına baxmayaraq, Türkiyənin Rusiya ilə əlaqələri sıxlaşdırmasından narahatlığını bildirib.

Almaniyanın dpa agentliyi Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrelin Aİ parlamentinə məktubunu yayıb. Borrel yazıb ki, Türkiyə ilə Rusiyanın iqtisadi əlaqələrinin dərinləşməsi, eləcə də Ankaranın “Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri”nə qoşulmaqdan imtinası “böyük narahatlığa əsas verir”.

XS
SM
MD
LG