Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:59

Xameneyiyə yaxın vəzifəli rəsmi onu və oğlunu sərt tənqid edib


Ayətüllah Əli Xameneyi və oğlu Müctəba (arxada solda)
Ayətüllah Əli Xameneyi və oğlu Müctəba (arxada solda)

İranın ali rəhbəri ayətüllah Əli Xameneyiyə yaxın vəzifəli İran rəsmisi özünün video müsahibəsində İslam Respublikasının rəhbərliyini kəskin tənqid edib.

İran İslam Respublikası Dövlət Teleradio (IRIB) şirkətinin keçmiş başçısı Məhəmməd Sərəfraz müsahibədə deyib ki, “Hakimiyyət adamların hətta ən kiçik tələblərini icra etməkdə acizliklə üzləşib”.

Vəzifəyə Xameneyinin təyin etdiyi Sərəfrazın Şəhrizad Mirquluxanla söhbəti YouTube platformasında dərc olunub.

Bu müsahibə habelə ölkəni aylardır ki, bürüyən etiraz aksiyaları ilə eyni vaxta təsadüf edir.

Tez, ya gec

Hökumət hicaba və başqa məhdudiyyətlərə qarşı yönəlmiş etirazlara amansızlıqla divan tutur.

Sərəfraz bu barədə deyib:

"Bu döymə, həbsetmə və öldürmələrdən kar aşmayacaq. Tez, ya gec, məsələ dalana dirənəcək və buna son qoyulmalıdır”.

Məhəmməd Sərəfraz 2014-2016-cı illərdə dövlət teleradio şirkətinin rəhbəri olub.

O hazırda Kibercinayətlərə qarşı Ali Şuranın üzvüdür. Bu hökumət qurumu internetə nəzarəti həyata keçirir.

Bu şuranın üzvlərini Xameneyi təyin edir.

Bakıda İran azərbaycanlısı: 'İllərdir ki, pasport ala bilmirik'
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

“Vəsiyyətimi də yazmışam...”

Ali rəhbərin oğlundan danışan Sərəfraz deyib ki, Müctəba Xameneyi düzgün yol seçməyib:

“Adamların üzərinə təzyiq göstərmək, onların siyasi, iqtisadi tələblərinə, legitim azadlıqlarına məhəl qoymamaq metodu işləməyəcək. Mən bilirəm ki, bu sözləri dediyimə görə başıma nəsə bir iş gələ bilər. Mən hətta vəsiyyətimi də yazmışam”.

AzadlıqRadiosunun Fars xidməti yazır ki, bir çoxlarının onu səriştəsiz hesab etməsinə baxmayaraq Əli Xamaneyinin nüfuzlu oğlu Müctəba Xameneyinin atasına siyasi varis kimi hazırlandığına dair söz-söhbət dolaşır.

Şərhçilər bildirirlər ki, belə söz-söhbətlər ilk dəfə 2009-cu ildə mübahisəli prezident seçkisinin ardınca etirazlar başlananda ortaya atılmışdı.

İranda azərbaycanlı fəal: "Burda bazarlar bağlanıb"
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Qarğış-şüar

Həmin etirazlarda bəziləri “Müctəba, səni görüm öləsən, ali rəhbər olmayasan” kimi qarğış-şüarlar səsləndirirdilər.

Bəzi məlumatlara görə həmin etirazlara divan tutulmasına o rəhbərlik etmişdi.

Bu yaxınlarda müxalifət siyasətçisi Mirhüseyn Musəvi Xameneyini bu kimi şayiələri təkzib etməyə və oğlunun onun yerinə hazırlanmadığı barədə bəyanat verməyə çağırmışdı.

İndiki etirazlar isə bir gənc qadının hicab məsələsi ilə bağlı polisdə ölməsindən sonra ümumilikdə bütün dini üsul-idarə əleyhinə yönəlib və 1979-cu ildən bəri ən böyük etiraz hərəkatı sayılır.

Fəalların HRANA xəbər agentliyinin məlumatına görə noyabrın 29-dək 64 azyaşlı da daxil, azı 459 etirazçı öldürülüb.

XS
SM
MD
LG