Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 08:34

Zelenski 13 İran dronunun hamısının vurulduğunu deyir


Rusiya İrandan aldığı dronlardan Geran-2 adı ilə istifadə edir. Bu dronun üzərində "Ryazaba görə" yazılıb. Bir neçə gün bundan əvvəl Rusiyanın Ryazan vilayətindəki strateji aerodroma dron zərbələri endirilmişdi
Rusiya İrandan aldığı dronlardan Geran-2 adı ilə istifadə edir. Bu dronun üzərində "Ryazaba görə" yazılıb. Bir neçə gün bundan əvvəl Rusiyanın Ryazan vilayətindəki strateji aerodroma dron zərbələri endirilmişdi

Dekabrın 14-də səhər Ukraynanın Kiyev, Jitomir və Vinnitsa vilayətlərində hava hücumu həyəcanı verilib.

Ukrayna mediasının xəbərlərinə görə Kiyev sakinləri dron və partlayış səsləri eşidiblər.

Kiyev vilayətində hava həyəcanından dərhal sonra hava hücumundan müdafiə sistemləri işə düşüb.

Bu barədə məlumatı vilayət administrasiyasının başçısı Aleksiy Kuleba verib.

Kiyev meri Vitali Kliçko paytaxtın Şevçenko rayonunda partlayışların baş verdiyini öz teleqram kanalında təsdiqləyib:

"Paytaxtın Şevçenko rayonunda partlayışlar. Təcili xidmətlər hadisə yerlərinə gedir. Təfərrüatı sonra”.

Kliçko daha sonra xəbər verib ki, Ukrayna Silahlı Qüvvələri Kiyev və vilayət üzərində 10 kamikadze dronu vurublar.

İlkin məlumata görə dronlardan birinin qırıntıları Şevçenko rayonunda iki inzibati binaya ziyan vurub.

“Biz günü gündən güclənirik”

Aleksiy Kuleba da bildirir ki, dronların çoxu vilayətdəki hava hücumundan müdafiə sistemləri ilə vurulub:

"Rusiya ölkənin enerji terrorunu davam etdirir. Amma biz gündən günə daha da güclənirik”.

Ukrayna prezidentinin ofisindən bildiriblər ki, Kiyev vilayətinin Vişnevoye kəndinə dron hücumu olub.

Hücum nəticəsində bir evə və avtomobilə ziyan dəyib.

Avropaya qaz satan Azərbaycanın odun peçinin ümidinə qalan kəndləri...
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

Prezident Volodimir Zelenski özünün videomüraciətində deyib ki, Rusiyanın buraxdığı 13 Şahed dronunun hamısı vurulub.

Rusiya İrandan aldığı dronlardan Geran-2 adı ilə istifadə edir.

XS
SM
MD
LG