Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:34

Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü olubmu?


MDB-nin ənənəvi ilsonu qeyri-rəsmi sammitində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılmasa da, Vladimir Putin belə bir görüşün olduğuna işarə edib.

Dekabrın 27-də verilən bəzi xəbərlərdə deyilir ki, Vladimir Putin, İlham ƏliyevNikol Paşinyan üçtərəfli danışıqlarında “regiondakı vəziyyəti” müzakirə ediblər.

Beləki, Putin Paşinyanla görüşündən əvvəl deyib:

“Biz sizinlə dünən (dekabrın 26-da) müzakirəyə başlamışıq və hələ üçlükdə də söhbət etmək imkanımız olub. Əlbəttə, əsas məsələ bütövlükdə Cənubi Qafqazdakı vəziyyətin və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsidir və bütün bunlar Qarabağla əlaqəlidir. Odur ki, razılaşdığımız kimi bu məsələləri təfərrüatlı şəkildə müzakirə edəcəyik”.

Putin təfərrüata varmayıb

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Putin daha nələr barədə razılaşma əldə olunduğunu deməyib.

Putin üçtərəfli görüşün necə baş tutmasını da xırdalamayıb. Ermənistanın baş naziri də bu barədə heç nə deməyib.

Paşinyan bu məsələdə Putinlə həmfikir olduğunu qeyd edib:

“Siz, əlbəttə, haqlısınız hazırkı anda ən aktual məsələ Laçın dəhlizindəki böhrandır. Siz bilirsiniz ki, Laçın dəhlizi artıq 20 gündür bağlıdır. Bu, Rusiya sülhməramlıalrının Dağlıq Qarabağdakı məsuliyyəti zonasıdır”.

Azatutyun yazır ki, görüşün media üçün açıq hissəsində Paşinyan Laçın dəhlizinin Rusiya sülhməramlılarının məsuliyyəti zonasında olmasını bir neçə dəfə vurğulayıb.

Paşinyan deyir ki, indi vəziyyət dəyişib

O qeyd edib ki, indi vəziyyət dəyişib və Ermənistan tərəfi bu situasiyanın çözülməsi üçün hansı həllərin olduğunu müzakirə etmək istəyir:

“Xatırladıram ki, Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli bəyanatına əsasən Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində olmalı, Azərbaycan Respublikası isə Laçın dəhlizində sərnişinlərin, malların və adamların maneəsiz hərəkətinə qarantiya verməlidir. İndi isə aydın olur ki, Laçın dəhlizinə Rusiya sülhməramlıları tərəfindən nəzarət olunmur. Mən bu vəziyyəti və mümkün variantları müzakirə etmək istəyirəm”.

Bu qısa giriş sözündən sonra danışıqlar qapalı formatda davam etdirilib. Azərbaycan prezidenti bugünkü danışıqlarda iştirak etməyib. O hələ dünən Bakıya qayıdıb.

Lakin Rusiya prezidentinin sözlərindən belə çıxır ki, üç lider görüşməyə macal tapıblar.

Interfax agentliyinin yazdığına görə məsələyə Putinin sözçüsü Dmitri Peskov bir qədər aydınlıq gətirib.

O bildirib ki, söhbət tamformatlı danışıqlardan getmir:

“Kuluarlarda hamı təmasda olub. Tamformatlı təmas olmayıb”.

Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda görüşüb

Rusiya prezidenti Vladimir Putin Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitində birliyin ərazisində təhlükə və ixtilafların artdığını etiraf edib.

Lakin o əlavə edib ki, MDB ölkələri bütün çətinliklərə baxmayaraq əməkdaşlığı davam etdirməyə hazırdırlar.

Putin MDB daxilində təhlükələrin artdığını deyib

Putinin sözlərinə görə bu əməkdaşlıqda əsas məsələ təhlükəsizlik və sabitliyin təmin edilməsidir:

"Bizim ümumi Avrasiya regionumuzda təhlükəsizlik və sabitliyin təmin edilməsi MDB ölkələri arasında əməkdaşlığın əsas istiqaməti olaraq qalır. Təəssüf ki, bu sahədə, xüsusən də xaricdən qaynaqlanan həyəcan və təhlükələr ildən ilə artır. Bunu da təəssüflə qeyd etmək lazımdır ki, birlik üzvləri arasında da ixtilaflar yaranır. Amma ən əsası budur ki, biz hazırıq və əməkdaşlıq edəcəyik”.

TASS xəbər agentliyinin yazdığına görə Putin deyib ki, MDB üzvləri arasında hətta ixtilaflar yaranada belə onlar bunu özləri, hamı ilə birlikdə həll etməyə çalışır, bir-birlərinə yoldaşlıq və vasitəçilik dəstəyi verirlər.

Vladimir Putin bunu da vurğulayıb ki, MDB ölkələri terrorizm və ekstremizmlə, sərhədlər üzərindən cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi və korrupsiya ilə əlaqəli mübarizə aparırlar.

Onun sözlərinə görə ötən il ərzində MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmətləri və başqa strukturları arasında əlaqələr inkişaf edib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev MDB sammitində çıxış edərlən deyib ki, 2022-ci il birlik üçün kifayət qədər mürəkkəb olub.

O bildirib ki, Qazaxıstan MDB sədrliyi müddətində birliyin potensialının artırılması üçün konkret tədbirlər həyata keçirib.

Vladimir Putin MDB-nin qeyri-rəsmi sammitində habelə Azərbaycan və Ermənistan liderləri – prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirib.

XS
SM
MD
LG