Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:25

Gürcüstanda Saakaşvilinin azadlığı uğrunda hərəkat güclənir


Mixeil Saakaşvilinin azadlığını tələb edən aksiya
Mixeil Saakaşvilinin azadlığını tələb edən aksiya

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarları və onun Vahid Milli Hərəkat Partiyasından olan fəallar, habelə cəmiyyətin müxalif əhval-ruhiyyəli nümayəndələri və mədəniyyət xadimləri dekabrın 26-dan prezident Salome Zurabişvilinin iqamətgahı qarşısında müddətsiz piket keçirilməsinə başlayıblar.

Aksiyanın təşkilatçısı, universitet professoru Georgi Mumladze deyib ki, aksiya iştirakçıları Saakaşvilinin dərhal əfv edilməsi barədə tələbnaməni prezident administrasiyasına təqdim ediblər.

Bu yaxınlarda, o cümlədən həm də ölkə xaricində tanınan 500-dək qadın Zurabişviliyə eyni tələblə müraciət edən məktub göndəriblər.

Onlar prezidenti Saakaşvili barədə mərhəmət nümayiş etdirməyə çağırıblar.

Bundan əvvəl Zurabişvili keçmiş prezindentin heç bir vəchlə bağışlanmayacağını demişdi.

Bu arada Saakaşvilinin müdafiəsinə Rusiya müxalifət liderlərindən Mixail Xodorkovski də qalxıb.

O Twitter-də yazıb ki, “Saakaşvilinin pərəstişkarı deyil, amma o indi siyasi məhbus olduğundan onu müdafiə edir”.

Ötən həftə Saakaşvili Rusiyanın tanınmış ictimai xadimlərindən Mark Feyginə müraciət etmişdi.

Saakaşvili Feyginə göndərdiyi məktubda iddia edirdi ki, onu həbsxanada Rusiya prezidentinin göstərişi ilə zəhərləyiblər.

Bundan sonra Gürcüstanın cəzaların icrası departamenti Saakaşviliyə məktub göndərməyi qadağan edib.

Saakaşvili səlahiyyətlərin aşılması ittihamı ilə hazırda 6 illik həbsxana cəzası çəkir.

Gürcüstanda ona qarşı daha bir neçə cinayət işi qaldırılıb. Bunlardan biri də ölkə sərhədinin qanunsuz keçilməsidir.

O vaxt Saakaşvilini həbs etmişdilər. O əvvəlcə Tbilisi həbsxanasında saxlansa da, sonradan səhhəti ilə bağlı mülki klinikaya köçürülüb.

XS
SM
MD
LG