Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:27

ABŞ Laçın yolunun açılmasına bir daha çağırış edir


ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter
ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter

Birləşmiş Ştatlar Qarabağı Ermənistanla birləşdirən dəhlizin açılmasına bir daha çağırış edib.

Burada ötən aydan bəri özlərini ekofəal kimi təqdim edən azərbaycanlılar aksiya keçirirlər.

Azərbaycan tərəfi isə yolun humanitar yüklər, təcili xidmətlər və sülhməramlılar üçün açıq olduğunda israr edir.

ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenterin (Michael Carpenter) bu barədə bəyanatında deyilir:

“Birləşmiş Ştatlar Laçın dəhlizinin artıq üç həftədən çox müddətdə bağlı olmasından və bunun ağır humanitar vəziyyət yaratmasından narahat olaraq qalır”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, səfir belə bir vəziyyətdə lazımi dəstəyi verdiyinə görə Beynəlxala Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib və Azərbaycanı və Rusiyanı yolun dərhal açılmasına çağırıb.

Erməni politoloq: "Azərbaycanın razılığı olmadan Laçın dəhlizinə beynəlxalq missiya göndərilə bilməz"
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Yerevandakı ABŞ səfirliyinin bəyanatı

Azatutuyun yazır ki, ATƏT səfirinin bu çağırışına ABŞ-ın Yerevandakı səfirliyi də qoşulub.

Səfirlik ABŞ Dövlət Departamentinin dəhlizin açılmasına çağırışlarını təkrar edib və bildirib ki, Azərbaycanın hərəkəti “sülh prosesini əngəlləyir və beynəlxalq etimadı sarsıdır”.

Səfirlik ABŞ-ın Qarabağa mümkün humanitar yardımı barədə suala cavab olaraq bildirib ki, USAID (ABŞ Beynəxalq İnkişaf Agentliyi – red) “Ermənistandakı müvəqqəti köçkünlərə” yardım göstərməyə çalışır. Səfirlik təfərrüatlara varmayıb.

Azatutyun yazır ki, USAID-in başçısı Samanta Pauer (Samantha Power) dekabrın 6-da Ermənistanın xarici işlər naziri Ararat Mirozyanla danışıb.

Mirzoyan beynəlxalq birliyi Laçın dəhlizinin yenidən açılması və Qarabağda yaranmış “humanitar fəlakətin” önlənməsi üçün “aydın addımlar” atmağa çağırıb.

Blinken danışmağı planlaşdırır

Azatutyun yazır ki, “Azərbaycan hökuməti tərəfindən dəstəklənən azərbaycanlı etirazçılar” dekabrın 12-dən Qarabağı Ermənsitanla birləşdirən yolu bağlayıb. Bakı Qarabağdakı filiz yataqlarının qanunsuz istismarının təftiş olunması üçün ora giriş tələb edir.

Yerevan və Qarabağ separatçıları Bakının tələblərini rədd edir və bildirirlər ki, bu, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə ziddir.

Azatutyun yazır ki, Mirzoyan Laçın dəhlizinin bağlı qalmasını əsas gətirərək dekabrın 23-də Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey LavrovCeyhun Bayramovla üçtərəfli görüşdən imtina edib.

ABŞ Dövlət Departamenti ötən həftə bildirmişdi ki, dövlət katibi Entoni Blinken (Antony Blinken) “yaxın günlərdə” Bayramov və Mirozyanla söhbət etməyi planlaşdırır.

Ermənistan hökuməti hərbi ehtiyatda olanları toplayır
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG