Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:53

Putin və Rusiya üçün tribunala dair qətnamə qəbul edildi


Amsterdamda Ukraynaya dəstək aksiyasındakı plakatlardan biri
Amsterdamda Ukraynaya dəstək aksiyasındakı plakatlardan biri

Avropa Parlamenti Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq xüsusi tribunalın yaradılmasına çağıran qətnamə qəbul edib.

Bu qətnamə yanvarın 19-da, leyhinə 472, əleyhinə 19 səs nisbəti ilə qəbul olunub. Daha 33 deputat bitərəf qalıb.

Sənəddə deyilir ki, Rusiya 2014-cü ilin fevralından bəri Ukraynaya qarşı qanunsuz və əsassız aqressiv müharibə aparır:

"Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn və müxtəlif beynəlxalq razılaşmalarının təməl prinsipləri pozulub”.

Qətnamədə habelə vurğulanır ki, Rusiya qüvvələri bu müharibədə Ukraynanın yaşayış məskənlərinə və mülki infrastrukturuna ağır raket zərbələri endirib, minlərlə ukraynalının ölümünə bais olan terror aktları həyata keçirib.

Aydın siqnal

Qətmanədə belə bir əminlik ifadə olunur ki, xüsusi tribunalın yaradılması həm Rusiya cəmmiyyətinə, həm də beynəlxalq icmaya Putinin, Rusiyanın siyasi və hərbi rəhbərliyinin Ukraynadakı təcavüzə görə məhkum edilə biləcəklərinə dair aydın siqnal olacaq.

2022-ci ilin noyabrında Avropa Parlamenti Rusiyanı terrorun sponsoru kimi tanıyan qətnamə qəbul etmişdi.

Bu sənəddə Rusiya müharibədə terror metodlarından istifadə etməkdə ittiham edilir.

Avropa deputatları bunu da deyirlər ki, prezident Vladimir Putinin və onun hökumətinin beynəlxalq tribunala cəlb olunması üçün əsas hazırlanır.

Ötən ilin dekabrında Avropa Parlamenti Ukraynada 1932-1933-cü illərdə yaşanmış aclığı – Qolodomoru Ukrayna xalqına qarşı soyqırım adlandıran qətnamə qəbul etmişdi.

Qətnamədə deyilirdi ki, Rusiya həmin dövrdə Ukraynada bilərəkdən aclıq yaradaraq Ukrayna xalqına qarşı soyqırım cinayəti törədib.

XS
SM
MD
LG