Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:09

Ekspertlər Türkiyə-Suriya zəlzələsi barədə nə deyirlər?


Kahramanmaraş zəlzələdən sonra
Kahramanmaraş zəlzələdən sonra

Seysmoloqlar bildirirlər ki, Türkiyə və Suriyada fevralın 6-da baş vermiş 7.8 ballıq zəlzələ bəlkə də bu onilliyin ən dağıdıcı zəlzələsi olacaq.

Alimlərin fikrincə bu zəlzələ Yerin litosferində Anadolu və Ərəbistan tavaları arasında 100 kilometrlik çat yaradıb.

Reuters agentliyinin ekspertləri Yerin dərin qatlarında nələrin baş verməsindən və zəlzələ sonrası mümkün hadisələrdən danışıblar.

Zəlzələnin mənşəyi haradadır?

Zəlzələnin episentri Türkiyənin Nurdağı şəhərinin 26 kilometrliyində, Şərqi Anadolu çatının 18 kilometr dərinliyində olub.

Zəlzələnin zərbə dalğası şimal-şərq istiqamətində hərəkət edərək mərkəzi Türkiyə və Suriyada dağıntılara səbəb olub.

Bu da qeyd olunur ki, 20-ci əsr ərzində Şərqi Anadolu Çatında çox az seysmik fəallıq müşahidə olunub.

ABŞ Geoloji Mərkəzinin məlumatına görə burada 1970-ci ildən bəri 6.0 baldan güclü olan yalnız üç zəlzələ baş verib.

Amma bundan əvvəl, 1822-ci ildə burda baş vermiş 7.0 ballıq zəlzələdə təqribən 20 min insan ölüb.

Zəlzələ nə dərəcədə dağıdıcı olub?

Əgər hər il gücü 7.0 baldan çox olan 20-dən az zəlzələnin baş verməsi nəzərə alınarsa, fevralın 6-da baş vermiş zəlzələ dağıdıcı adlandırıla bilər.

London Universitet Kollecinin Risk və Fəlakətlərin Önlənməsi İnstitutunun rəhbəri Coanna Uolkerin sözlərinə görə, 2016-cı ildə mərkəzi İtaliyada baş vermiş 6.2 ballıq zəlzələ 300 nəfərin ölümünə səbəb olmuşdusa, Türkiyə-Suriya zəlzələsi zamanı 250 dəfə çox enerji ayrılıb.

2013-cü ildən 2022-ci ilədək yalnız iki belə güclü zəlzələ qeydə alınıb.

Türkiyənin Azərbaycandakı səfirliyi önünə əkilil və uşaq oyuncaqları qoyulur
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Niyə bu qədər güclü?

Şərqi Anadolu Çatı zərbə-sürüşmə tipli çatdır.

Belə çatlarda bərk qaya tavaları çat boyunca şaquli olaraq bir-birinə doğru hərəkət edir.

Bu qarşılıqlı itələmə prosesi bu tavalardan biri sürüşərək üfqi hərəkətə keçəndə dayanır və zəlzələ törədəcək gərginlik yaradır.

Kaliforniyadakı San Andreas Çatı dünyanın ən iri zərbə-sürüşmə tipli çatı sayılır və alimlərin fikrincə burada fəlakətli bir zəlzələnin olacağı gözləniləndir.

Türkiyə-Suriya zəlzələsində sınma nisbətən dayaz qatlarda baş verib.

Britaniyadakı Açıq Universitetinin planetar geologiya alimi Deyvid Rotberi bildirir ki, episentri dayazda olan zəlzələlər Yer səthi üçün daha dağıdıcı olur.

Başqa sözlərlə bu gücdə zəlzələnin episentri daha dərində olsaydı, bu qədər dağıntı yaratmazdı.

Bundan sonra necə ard zərbələri gözlənilir?

Türkiyədə birinci zəlzələdən 11 dəqiqə sonra 6.7 ballıq ard zərbəsi olub. Bundan bir neçə saat sonra baş vermiş 7.5 ballıq ikinci zəlzələdən sonra 6.0 ballıq daha bir ard zərbəsi baş verib.

Alimlərin fikrincə bu, seysmik fəallığın qonşu çatlara yayıldığını göstərir və bu fəallıq hələ bir müddət davam edəcək.

1822-ci ildə baş vermiş zəlzələdən sonra ard zərbələri bir il ərzində davam etmişdi.

Zəlzələ, sel, daşqın, tufan və digər təbii fəlakətlər zamanı əmlakınızı necə sığortalamalı
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Son ölü sayı nə qədər ola bilər?

Məskun ərazilərdə bu gücdə olan oxşar zəlzələlər nəticəsində minlərlə insan tələf olub.

2015-ci ildə Nepalda baş vermiş 7.5 ballıq zəlzələ təxminən 9 min insanın həyatına son qoymuşdu.

Britaniya Geoloji Müşahidə Mərkəzindən Rocer Musson Türkiyə-Suriya zəlzələsi qurbanları sayının minlərlə, hətta on minlərlə ola biləcəyini deyir.

Alimin fikrincə soyuq qış havası xarabalıqlar altında ilişib qalanların sağ qalması ümidlərini azaldır.

XS
SM
MD
LG