Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 23:48

Qriqoryanın 'Yerevanın təklifində Qarabağ da var' bəyanatına Bakıdan cavab


Azərbaycan güzəştə gedir? 'Sülh sazişinin mətninə 'Qarabağ' sözü salınıb'
Gözlə

No media source currently available

0:00 0:15:57 0:00

Azərbaycan güzəştə gedir? 'Sülh sazişinin mətninə 'Qarabağ' sözü salınıb'

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlamalarına münasibət bildirib.

XİN-in saytında yer alan açıqlamada qeyd edilib ki, “Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqlar prosesinə maneçilik yaradan bu kimi manipulyasiyaları bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir”.

O, hesab edir ki, sülh sazişi üzrə danışıqlar prosesində “Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü, bu barədə müddəanın ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri əsassızdır”.

Onun fikrincə, bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.

Hacızadə hesab edir ki, bu səylər Ermənistanın Azərbaycana ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir:

“Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək”.

Onun sözlərinə görə, “Ermənistanın Azərbaycanın daxili məsələsi olan erməni sakinlərin reinteqrasiya prosesinə müdaxilə etməsi qəbuledilməzdir”.

Ermənistan rəsmisi: 'Sülh müqaviləsinin mətnində Qarabağın da adı çəkilir'
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Armen Qriqoryan nə demişdi?

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnində Dağlıq Qarabağın adı çəkilir, amma bu, hələ yekun sənəd deyil.

Bu bəyanatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun sualına cavab verərkən səsləndirib:

“Nəzərə almaq lazımdır ki, bu sənəd hələ yekun sənəd deyil. Danışıqlar aparılır. Mən başa düşürəm ki, cəmiyyət, jurnalistlər bu məsələdə konkretlik gözləyirlər. Mən isə gözləyirəm ki, bizi də müəyyən mənada başa düşsünlər. Başa düşsünlər ki, bu danışıq prosesidir. Danışıqlarda belə yanaşma var: Əgər hər şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdirilmayıb”.

Qriqoryan bildirib ki, Ermənistan Xankəndi və Bakı arasında şəffaf beynəlxalq mexanizm çərçivəsində müzakirələrin aparılmasına tərəfdardır.

Onun sözlərinə görə Ermənistan beynəlxalq partnyorları ilə bu mexanizmin baş tutması üçün işləyir.

Qriqoryan qeyd edib ki, Bakı bu ideyanı indiyədək rədd edib və tərəflər arasında bu barədə hər hansı razılaşmanın olub-olmaması məlum deyil:

“Bu mexanizm həmin beynəlxalq sənəddə, ətrafında danışıqlar gedən sülh müqaviləsində qeyd oluna bilər. O başqa beynəlxalq strukturların çərçivəsində və ya başqa formatda da ola bilər. Bu məsələdə dəqiqlik yoxdur. Bu hələ müzakirə predmetidir. Biz buna aydınlıq gətirmək üçün müzakirəni davam etdirməliyik. Bu, bir daha göstərir ki, Ermənistan daha çox aydınlıq üçün çıxış edir”.

Bakı və Xankəndinin müzakirəsi

“Erməni tərəfi üçün Qarabağ məsələsinin hansısa bir şəkildə sülh müqaviləsinə salınması prinsipial məsələdirmi” sualına cavab verən Qriqoryan bildirib:

“Erməni tərəfi üçün prinsipial olan Stepanakert (Xankəndi-red) və Bakının, çərçivəsində təhlükəsizlik və hüququ müzakirə edəcəkləri şəffaf mexanizmin yaradılmasıdır. Bunun hansı formatda ediləcəyi vacib deyil. Başlıcası mexanizmin yaradılmasıdır”.

Qriqoryan Azatutyunun sülh müqaviləsinə “konstruktiv qeyri-müəyyənlik” terminin daxil ediləcəyinə dair dolaşan söhbətlər barədə sualına sualla cavab verib. Bu barədə Azatutyuna tanınmış təhlilçi Tatul Akopyan məlumat vermişdi. Armen Qriqoryan bu barədə ilk dəfədir ki, eşitdiyini deyib:

“Mən bu barədə ilk dəfədir ki, eşidirəm. Konstruktiv qeyri-müəyyənlik? Sülh müqaviləsi ümumiyyətlə hər şeyin mümkün dərəcədə aydın olması üçündür. Erməni tərəfi bu aydınlıq üzərində işləyir...”

Təhlükəsizlik Şurasının katibi bir daha vurğulayıb ki, erməni tərəfi Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir.

Armen Qriqoryanın sözlərinə görə, erməni tərəfi bu işlənmiş mətni Azərbaycana təqdim edəcək.

“Konstruktiv qeyri-müəyyənlik”

Bundan əvvəl Azatutyunla söhbətində politoloq Tatul Akopyan sülh müqaviləsinin mətninə ingiliscə “constructive ambiguity” və ya “konstruktiv qeyri-müəyyənlik” terminin daxil edildiyini iddia etmişdi.

Akopyan demişdi ki, bu formuldan ən çətin qərarların qəbulunda istifadə olunur:

“Konstruktiv qeyri-müəyyənlik qalanda bunu hər bir tərəf öz bildiyi kimi interpretasiya edir. Yəni tərəflər nəsə imzalamaq istəyirlər, amma elə bir bənd var ki, onların sənədi imzalamasına imkan vermir. Hazırda bu danışıqlara bir bənd əlavə olunub ki, Bakı “bəli, Ermənistan mahiyyətcə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır”, Ermənistan isə “Artsaxın (Qarabağ-red) statusu məsələsi asılı vəziyyətdə qalır” deyə bilsin. Məndə olan məlumata görə belə bir məsələ olub”.

Təhlilçi dediklərinə bir qədər də aydınlqı gətirib:

“Bu Artsaxın (Qarabağ-red) statusunun qeyri-müəyyən gələcəyə saxlanması deməkdir. Bu şərt Azərbaycan üçün məqbul deyildi və Azərbaycanın Ermənistan ərazisinə ikigünlük müdaxiləsi baş verdi. Bundan sonra məhz bu yeni formul (konstruktiv qeyri-müəyyənlik) irəli sürülüb. Baxaq görək nə olur? Ümid edirəm ki, tərəflər bu formul ətrafında razılığa gələ biləcəklər”.

Qarabağa vəsait haradan ayrılır: nazirliklər pulu xərcləyə bilmir?
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG