Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:39

Macarıstan da Türkiyə kimi İsveç və Finlandiyanın NATO üzvlüyünü ləngidir


Türkiyə prezidenti Recep Tayyip Ərdoğan və Macarıstanın baş naziri Viktor Orban
Türkiyə prezidenti Recep Tayyip Ərdoğan və Macarıstanın baş naziri Viktor Orban

Macarıstan parlamenti İsveç və Finlandiyanın NATO üzvlüyünə müraciət sənədinin ratifikasiyasını yenə də təxirə salıb.

Associated Press (AP) agentliyi qeyd edir ki, bu iki Skandinaviya ölkəsinin NATO üzvlüyünün Macarıstan və Türkiyə tərəfindən əngəllənməsi Qərb müttəfiqlərinin narazılığına səbəb olub.

Beləliklə, Macarıstan parlamenti bu məsələyə bir də iki həftədən sonra, martın 20-də baxacaq.

Macarıstanın populist baş naziri Viktor Orban bəyan edib ki, şəxsən o bu iki ölkənin NATO üzvlüyünə qarşı deyil, lakin Stokholm və Helsinki Macarıstan barədə “açıq yalanlar yayırlar”.

Fevralın 24-də bir radio müsahibəsində Orban demişdi ki, Macarıstan məsələnin aydınlaşdırılması üçün İsveçə və Finlandiyaya parlament nümayəndə heyəti göndərəcək:

“Onların üzvlük üçün müraciət etməsi düzgün deyil, çünki onlar Macarıstan barədə, Macarıstanda qanunun aliliyi, buradakı demokratiya və həyat haqqında açıq yalanlar danışırlar. Macarıstan haqqında utanmaz yalan yayanlar bizimlə bir hərbi sistemdə necə müttəfiq ola bilərlər? Gəlin dost kimi danışaq ki, bu necə ola bilər?”

Bəhanə

AP yazır ki, İsveç və Finlandiyanın NATO üzvlüyünün əngəllənməsi təkcə Qərb müttəfiqlərini deyil, Macarıstanın öz müxalifətini də əsəbiləşdirir.

Martın 1-də liberal millət vəkili və Macarıstanın keçmiş müdafiə naziri Aqnes Vaday bu məsələnin Orbanın hakim partiyası tərəfindən bilərəkdən uzadıldığını deyib:

“Bu Macarıstan parlamentində tez həll olunacaq sadə bir məsələdir, amma imkan vermirlər. Hakim partiya bu məsələnin ləngitmək üçün hər dəfə bir bəhanə tapır”.

Deputat deyib ki, İsveç və Finlandiyaya nümayəndə heyətinin göndərilməsi də növbəti bəhanədir.

AP xəbər verir ki, Macarıstan nümayəndə heyəti İsveç parlamenti Riksdaqın spikeri Andreas Nolenlə və başqa millət vəkilləri ilə gələn həftə görüşməlidir.

Riksdaqın saytında bildirilir ki, bu görüş zamanı İsveçin NATO üzvlüyü üçün müraciətinin Macarıstan parlamentində ratifikasiyası prosesi müzakirə olunacaq.

Kiyev Moskvanın ittihamını rədd edir, Baxumutun ətraf kəndləri boşaldılır
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Türkiyə də mane olur

NATO-nun Nizamnaməsinə görə təşkilata yeni üzvlərin qəbulu zamanı bütün 30 üzvün razılığı tələb olunur.

Hazırda Türkiyə və Macarıstandan başqa NATO-ya üzv 28 ölkə Finlandiya və İsveçin alyansa üzvlük müraciətini ratifikasiya edib.

Onilliklərdir neytral siyasət yeridən İsveç və Finlandiya Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən dərhal sonra NATO üzvlüyü üçün müraciət ediblər.

Bu ölkələrin NATO üzvlüyünü Türkiyə də ləngidir. Ankara Stokholm və Helsinkidən onun ərazisində Ankaranın terrorçu hesab etdiyi kürd və başqa qruplara daha sərt münasibət tələb edir.

Ötən ay Türkiyə bildirmişdi ki, Ankara Finlandiyanın NATO üzvlüyünə yaşıl işıq yandıra bilər, amma onun İsveçlə bağlı tələblərinə cavab verilməyib.

XS
SM
MD
LG