Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:38

Marqarita Simonyan Tbilisini zərbə ilə hədələyir


Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin dekabrında Marqarita Simonyanı Şərəf Ordeni ilə təltif edərkən
Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin dekabrında Marqarita Simonyanı Şərəf Ordeni ilə təltif edərkən

Rusiyanın RT dövlət telekanalının baş redaktoru Marqarita Simonyan Tbilisidə keçirilən etiraz aksiyalarından birinin videosunu şərh edərkən, “2008-ci ilin avqustu təkrar olunarsa” Gürcüstan paytaxtına zərbə endiriləcəyi ilə hədələyib.

Simonyan da bir çox kremlyönlü təbliğatçılar kimi Gürcüstanda “xarici agent” qanununa qarşı bir neçə gündür davam edən izdihamlı etirazların guya xaricdən təsirləndiyini, məqsədin Gürcüstanı Rusiya ilə müharibəyə çəkmək olduğunu iddia edir.

Simonyanın şərh etdiyi videoda etirazçılar Gürcüstanın separatçı bölgəsi – Abxaziyanın mərkəzi şəhəri Suxuminin adını xorla səsləndirirlər.

Gürcüstan Abxaziyanı özünün Rusiya tərəfindən işğal olunmuş ərazisi hesab edir.

2008-ci ilin avqustunda qısa, amma qanlı müharibədə Rusiya ordusu Gürcüstan qüvvələrini məğlub edib.

Həmin vaxt separatçı Abxaziya və Cənubi Osetiya bölgələrində sülhməramlı adı ilə Rusiya hərbçiləri yerləşdirilmişdi.

Gürcüstan öz ərazi bütövlüyünü bərpa etməyə cəhd göstərəndə isə Rusiya Tbilisi ilə müharibəyə başlamışdı.

Bunun ardınca Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyıb.

Bu bölgələrdə Rusiya öz qoşunlarını saxladığına görə Gürcüstan və əksər ölkələr Abxaziya və Cənubi Osetiyanı işğal olunmuş ərazilər hesab edir.

Simonyansa bildirib ki, əgər Gürcüstan bir də bu ərazilər üzərində nəzarəti qaytarmağa çalışarsa, “bu dəfə onun nazı ilə oynanmayacaq, ora heç qoşun da göndərilməyəcək, sadəcə olaraq heç nəyə məhəl qoymadan Tbilisiyə zərbə endiriləcək”.

Simonyanın iddiasına görə Tbilisiyə zərbəni ən azı ona görə endirəcəklər ki, orada “Kiyev-Peçora lavrası” yoxdur və “heç kəs özünü gürcülərlə bir millət hesab etmir və Rusiya Federasiyası heç vaxt Tbilisi Rus dövləti olmayıb”.

Baxmutda səngər döyüşləri gedir
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

“İkinci cəbhə” söhbəti

RT redaktoru işarə edir ki, guya Rusiya Kiyev şəhərini Kiyev Peçora lavrası tarixi abidəsinə görə dağıtmaq istəmir, amma Tbilisi barəsində belə çəkinmə olmayacaq.

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlanandan bəri Kiyev dəfələrlə ağır hava zərbələrinə məruz qalıb və bunun nəticəsində yüzlərlə dinc sakin həlak olub.

Rusiya təcavüzün ilk günlərində Kiyevi zəbt etməyə çalışsa da, buna nail ola bilməyib və Ukrayna qüvvələrinin zərbələri altında geri çəkilib.

Amma bu da qeyd olunur ki, Kiyevdə başqa dini abidələrdən fərqli olaraq məşhur pravoslav məbədi olan Kiyev Peçora lavrası zərbələrə məruz qalmayıb.

Gürcüstanda keçirilən mitinqlərdə Abxaziya və Cənubi Osetiyanın güc tətbiq edərək Tbilisinin nəzarətinə qaytarılmasını tələb edənlər də var.

Buna baxmayaraq bu məsələ Gürcüstanda davam edən etirazların rəsmi tələbləri arasında yoxdur.

Bundan başqa bəzi Ukrayna siyasətçiləri Gürcüstanı Rusiya təcavüzünə qarşı “ikinci cəbhə” açmağa və öz ərazilərini geri almağa çağırırdılar.

Amma Gürcüstan hökuməti bildirir ki, ərazi münaqişələrini dinc yola nizamlamağa tərəfdardır.

Gürcüstanda keçirilən etiraz aksiyalarında Gürcüstan və Avropa İttifaqının bayraqları ilə yanaşı çox sayda Ukrayna bayrağı da görmək olar.

XS
SM
MD
LG