Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:09

Qazaxıstan neft nəhənglərini məhkəməyə verir


Kaşaqan yatağındakı süni adalar
Kaşaqan yatağındakı süni adalar

Qazaxıstan aprelin 11-də bildirib ki, enerji nəhəngləri ExxonMobil və Shell şirkətlərinə qarşı beynəlxalq arbitraj proseduruna başlayır.

Qeyd olunur ki, söhbət ölkənin iki neft yatağından götürülmüş 16.5 milyard dollarlıq gəlirdən gedir.

Hökumət məlumatında deyilir ki, “beynəlxalq arbitraj proseduru Karaçaqanak və Kaşaqan yataqlarının əməliyyatçılarına qarşı başlanıb.

Qazaxıstanın enerji naziri Almasadam Satkaliyev deyib ki, mübahisələndirilən vəsaitlər 3.5 milyard və 13 milyard dollardır.

Xəzər dənizinin şimalında yerləşən Kaşaqan dünyanın ən böyük dəniz neft yataqlarından biridir və ehtiyatı 13 milyard barrel olaraq təxmin edilir.

2000-ci ildə kəşf edilmiş bu yatağın inklişaf etdirilməsi müxtəlif texniki problemlərlə bağlı dəfələrlə gecikdirilib.

Ətraf mühitin mühafizəsi

Qazaxıstan ötən il bu yatağın əməliyyatçısına qarşı ətraf mühitin mühafizəsi ilə bağlı cərimə iddiaları qaldırmışdı.

İddiada bildirilirdi ki, şirkətlər yataqdakı anbarlarda kükürdün saxlanması qaydalarını pozublar.

Bu yatağın əməliyyatçısı olan North Caspian Operating Company qrupuna Qazaxıstanın KazMunayGaz, İtaliyanın Eni, ABŞ-ın ExxonMobil, Britaniyanın Royal Dutch Shell, Fransanın TotalEnergies, Çinin dövlət neft şirkəti və Yaponiyanın Inpex şirkətləri daxildir.

Eni, Shell və KazMunayGaz, Chevron və Lukoil şirkətləri ilə birlikdə həmçinin qərbi Qazaxıstandakı Karaçaqanak yatağının əməliyyatçılarıdırlar.

Əməliyyatçı şirkətlər gəlirlərdən çıxılan müəyyən xərcləri məhsulun pay bölgüsü razılaşmasına əsasən hökumətlə bölüblər.

XS
SM
MD
LG