Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:57

'Bakının 5 min avtobusa ehtiyacı var'


Bakı şəhərinə ilk elektrik mühərrikli avtobus gətirilib
Bakı şəhərinə ilk elektrik mühərrikli avtobus gətirilib

Bakı şəhərinə ilk elektrik mühərrikli avtobus gətirilib. Bu, Çinin BYD şirkətindən test məqsədilə alınan 1 ədəd 12-metrlik elektrik avtobusudur.

Rəsmilər 10 ilə yaxındır ki, Azərbaycana müasir avtobusların gətirildiyini bildirirlər. Amma Bakıda hələ də bir sıra marşrutlar üzrə köhnə və yararsız avtobusların fəaliyyət göstərməsindən gileylər var. Üstəlik, bu il marşrut avtobuslarının qiyməti də qalxıb. Lakin insanların dayanacaqlarda hələ də bəzən 20-30 dəqiqə avtobus gözləməsi ilə bağlı şikayətlər eşidilir.

Milyonlar xərclənən "BakuBus"lar depoda istifadəsiz qalıb - EKSKLÜZİV görüntülər
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

"Dövlət hesabına alınan avtobusların 25 faizi depoda…"

Hesablama Palatasının "BakuBus" MMC-nin 2019-2020-ci illərdə maliyyə fəaliyyətinə dair hesabatında göstərilib ki, dövlət vəsaitləri hesabına alınana avtobusların son beş ildə orta hesabla 25.4 faizi depoda istifadəsiz saxlanılıb.

Hesabatda həmçinin bildirilib ki, "BakuBus" MMC-nin balansında olan 303 "Iveco" markalı sərnişin avtobusundan 198 ədədinin istismarının dayandırılması müxtəlif nasazlıqların vaxtında təmir olunmaması səbəbindən baş verib: "İstismara yararsız həmin 198 avtobusun 80-nindən ehtiyat hissələrinin sökülərək digər avtobuslara quraşdırılması təmirə ehtiyacı olan avtobusların daha da yararsız vəziyyətə düşməsi ilə nəticələnib".

Hesabatda yer alan həmin fikirlərə "BakuBus" MMC-dən münasibət almaq mümkün olmayıb. Prezidentin 2018-ci ildə verdiyi fərmana əsasən, "BakuBus" MMC Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib (ona qədər Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyində olub).

​ Yeni 'Bakubus' niyə gecikir?
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Avtobus parkının 60 faizi yenilənib

Bakı Nəqliyyat Agentliyindən (BNA) isə "Turan"a bildirilib ki, ötən 7 ildə paytaxtın avtobus parkının 61 faizi yenilənib: "Cənab prezidentin birbaşa tapşırığı ilə 1 min 44 ədəd orta və iritutumlu müasir sərnişin avtobus alınaraq Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb".

BNA-dan əlavə olunub ki, 2022-ci ildə isə 170-i dövlət, 85-i daşıyıcılar tərəfindən olmaqla, ümumilikdə 255 avtobus ölkəyə gətirilib: "Yeni alınan avtobusların 76 faizi "Avro 6" standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz mühərriki ilə işləyir".

"1 milyard manat investisiya qoyulub"

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da AzadlıqRadiosuna bildirib ki, Azərbaycana gətirilən elektrobus, hələlik, test üçündür: "Heç o anlama gəlmir ki, kütləvi şəkildə bu elektrik avtobuslar ölkəyə gətiriləcək. Onların istismarı müvafiq şərait tələb edir. Yəni, onların enerji doldurma sistemi olmalıdır, onların hansı küçələrdə sərbəst şəkildə hərəkət edə biləcəyi müəyyən olunmalıdır, onlara texniki qulluq və bunun üçün mütəxəssislər olmalıdır".

Bakı sakini ödəniş terminallı dayanacaq üçün 3-6 km arası məsafə getməlidir
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00

Ekspertin sözlərinə görə, 2014-cü ildə "BakuBus" yaradılandan sonra 1 milyard manata yaxın investisiya qoyulub: "O vaxtdan bugünə qədər mərhələli şəkildə 800-dən çox avtobus gətirilib. Bunların hamısı Bakı şəhəri üçün gətirilib. Amma bu, hətta Bakı üçün belə kifayət etmir. Müasir nəqliyyat infrastrukturunu qurmaq üçün Bakının 5 min avtobusa ehtiyacı var".

O vurğulayıb ki, hazırda Bakıda ("BakuBus" avtobusları da daxil olmaqla) 2 min 100 avtobus fəaliyyət göstərir: "Amma bunların təxminən 70 faizi istismar müddəti bitmiş köhnə avtobuslardır. Problem budur. Gətirilən avtobuslar sayca və şəbəkə baxımından müasir şəhər mobilliyini təmin edəcək həddə deyil".

"Yanaşma dəyişməlidir"

Hüseynovun müşahidələrinə görə, regionlarda vəziyyət çox pisdir: "Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Şamaxı kimi iri şəhərlərdə avtobus parkı lap bərbad vəziyyətdədir. Tək-tük orada normal avtobus görmək olar. Bu iş başqa cür getməlidir, yanaşma dəyişməlidir, dünya təcrübəsi öyrənilməlidir. İspaniya Avropada iqtisadi inkişaf səviyyəsinə görə ilk beşlikdə olan dövlətdir. Barselonada ictimai nəqliyyat 70 faiz dövlət büdcəsindən və ya şəhər büdcəsindən maliyyələşir, mükəmməl işləyir".

XS
SM
MD
LG