Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:21

Rusiyanın Bryansk vilayətində yenə də qatar aşıb


Bryansk vilayətində qatar relsdən aşıb
Bryansk vilayətində qatar relsdən aşıb

Rusiya teleqram kanalları xəbər verirlər ki, Bryansk vilayətindəki dəmir yolu zolaqlarından birində yenə də partlayış baş verib.

Bu dəfə hadisə Snejatskiye-Belıye Bereqa dəmir yolu keçidində olub.

Bryansk qubernatoru Aleksandr Boqomazın dediyinə görə qatarın relsdən çıxmasına “kənar adamların dəmir yolu nəqliyyatına qanunsuz müdaxiləsi” səbəb olub.

Qubernator deyib ki, dəmir yolu zolağında partlayış törədilib.

Mayın 1-də Rusiyanın Ukrayna ilə həmsərhəd Bryansk vilayətinin Uneça şəhəri yaxınlığında neft məhsulları və başqa yüklər daşıyan qatar relsdən çıxmış, bir neçə sistern alışmışdı.

Rusiya hakimiyyət orqanları hadisənin diversiya nəticəsində baş verdiyin bildirmişdi.

Mayın 2-də Rusiya teleqram kanalları Bryansk vilayətindəki Krasnı Roq - Popeç dəmir yolu keçidində daha bir partlayışın qarşısının alındığını bildirib.

Yoxlanmamış məlumata görə bu diversiyanı da Uneçada bir gün əvvəl dəmir yolunu partlatmış qrup həyata keçirməyə cəhd göstərib.

Mayın 2-də Bryanskda qatarın relsdən çıxması nəticəsində bu dəfə 20 vaqon aşıb.

Aşan sisternlərdən kükürd və selitranın axdığı xəbər verilir.

Rusiya boyunca diversiya aktlarının baş verdiyi deyilir

Rusiyanın Bryansk vilayətində neft məhsulları daşıyan qatar damır yolundan aşıb.

Bu barədə məlumatı Baza teleqram kanalı yayıb.

Vilayətin qubernatoru Aleksandr Boqomaz deyib ki, buna səbəb Bryansk-Uneça dəmir yolu xəttinə yerləşdirilmiş naməlum partlayıcı qurğu olub.

Qubernatorun sözlərinə görə partlayış nəticəsində qatarın lokomotivi relsdən aşıb. Xəbərdə deyilir ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Baza kanalı iddia olunduğuna görə aşan qatarın fotolarını yerləşdirib. Kanal bildirir ki, Rassuxa-Uneça yol keçidində dəmir yolu zolağının sıradan çıxmasına görə neft məhsulları və taxta daşıyan 60 vaqon relsdən çıxıb.

Xəbərdə deyilir:

"Bizim məlumatımıza görə hazırda 7-8 vaqon böyrü üstdə qalıb. Yanğın baş verib. Təcili xidmətlər hadisə yerindədir”.

"Осторожно, новости" kanalı yazır ki, bu ərazidə yerli sakinlər partlayış səsi eşidiblər. Kanal habelə aşan qatarın videosunu dərc edib.

Rusiya Dəmir Yolu şirkəti təsdiq edib ki, relsdən bir lokomotiv və 7 vaqon aşıb.

“Kənar şəxslərin müdaxiləsi”

Şirkətin məlumatında deyilir ki, hadisə “kənar adamların müdaxiləsi” nəticəsində baş verib.

Bu da bildirilir ki, bu dəmir yolu zolağında qatarların hərəkəti dayandırılıb.

AzadlıqRadiosu yazır ki, Bryansk vilayəti Ukrayna ilə həmsərhəddir, Uneça şəhərindən Ukrayna sərhədinə 50 kilometrlik məsafədir.

Rusiya Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəyə başlayandan bəri Bryansk vilayətindəki dəmir yollarında dəfələrlə partlayışlar baş verib.

Ötən ilin oktyabrında Novozıbkov və Zlınka stansiyaları arasındakı yolda partlayış baş vermişdi.

Bu hadisələr nəticəsində ölən olmayıb, lakin Ukrayna partlayışlar üçün məsuliyyəti öz üzərinə götürməyib.

Bəzi partlayışlara görə məsuliyyəti öz üzərinə özlərini “partizan” adlandıran və müharibəyə qarşı çıxış edən qruplar götürüb.

Leninqrad vilayətində elektrik magistralında diversiya

Bu arada Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, Qatçina rayonunun Susanin qəsəbəsi ərazisində yüksək gərginlikli elektrik magistralının dayağı uçub.

Qubernatorun sözlərinə görə ikinci xətdə qoyulmuş partlayıcı qurğu zərərsizləşdirilib.

Drozdenko deyib ki, hadisə nəticəsində yaşayış məntəqlərinin və mülki infrastrukturun elektriki kəsilməyib.

Hazırda burada pirotexniklərin və FTX xəfiyyələrinin işlədiyi xəbər verilir.

Qubernator bildirib ki, birinci xətdə baş vermiş partlayışla bağlı cinayət işi qaldırılıb.

2022-ci ilin avqustunda FTX Kursk atom elektrik stansiyasından çxıan yüksək gərginlikli xəttin partladılması ilə bağlı cinayət işi açmışdı.

Xəbər verilirdi ki, bu elektrik xəttində “diversiyalar” avqustun 4-də, 9-da və 12-də həyata keçirilib.

Xüsusi xidmətlər partlayışlara görə “ukraynalı diversantları” günahlandırmışdı. Kursk vilayəti də Ukrayna ilə həmsərhəddir.

Ötən ilin mayında FTX öz iddiasına görə “Ukrayna nasistlərinin tərəfdarı olan” bir Rusiya vətəndaşını həbs etmişdi.

FTX bildirirdi ki, həmin şəxs elektrik xətlərindən qopan boltları evinə gətirmişdi və onlar axtarış zamanı aşkar olunmuşdu.

XS
SM
MD
LG